Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / “Kənddə özüm hazırlaşıb, 662 bal yığmışam” – Pul olmadığı üçün oxumaqdan imtina etdiyi deyilən Aytən

“Kənddə özüm hazırlaşıb, 662 bal yığmışam” – Pul olmadığı üçün oxumaqdan imtina etdiyi deyilən Aytən

Sosial şəbəkələrdə Zərdab rayonundan olan abituriyentin repetitor yanına getmədən yüksək bal topladığı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini seçdiyi, lakin imkansızlıq ucbatından Bakıya gəlib, təhsil ala bilmədiyi barədə məlumatlar yayılıb. Bildirilir ki, tələbənin qalmağa yeri, kirayə ev tutmağa imkanı və kitab-dəftər almağa pulu olmadığından, o, universitetdə oxumaqdan imtina edib.

BakuPost.az-ın əməkdaşı sözügedən abituriyentin kimliyini araşdırıb. Məlum olub ki, təhsildən məcburən imtina etdiyi bildirilən abituriyent rayonun İmadəddin Nəsimi adına Yarməmmədbağı kənd tam orta məktəbinin məzunu Şirinova Aytən Şirin qızıdır. O, imtahanlardan 662 bal toplayıb.

Aytən Şirinova BakuPost.az-a açıqlamasında bildirib ki, imkansızlıq ucbatından oxumaqdan imtina etməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir: “Zərdab rayonunun Lələağacı kəndindənəm. Ali məktəblərə qəbul imtahanına özüm evdə hazırlaşmışam. Heç bir müəllim hazırlaşdırmayıb.

3-cü qrupa imtahan vermişdim. İxtisas olaraq Hüquq fakültəsini seçəcəyəm. Keçid balım da düşür.

Düzdür, o qədər imkanlı ailə deyilik. Amma kiminsə köməyin ehtiyacımız yoxdur. Gələcəyəm, oxuyacağam”.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın