Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Kənd məktəbinin şagirdi repetitorsuz 690 bal toplayıb – VİDEO

Kənd məktəbinin şagirdi repetitorsuz 690 bal toplayıb – VİDEO

İndi abituriyentlərin əksəriyyəti ya hazırlıq kurslarına gedir, ya da repetitor yanında hazırlaşır. Artıq belə bir fikir formalaşıb ki, fərdi hazırlaşmaqla ali məktəbə daxil olmaq mümkün deyil.

“Xəzər TV”nin təqdim etdiyi süjetin qəhrəmanı bu fikri alt-üst edəcək bir nailiyyətə imza atıb. Söhbət Sabirabad rayonunun Nəsimi kəndinin sakini Yadulla Həsənlidən gedir. O, fərdi şəkildə hazırlaşmaqla, nə az – nə çox, düz 690 bal toplayıb. Ancaq Yadulla bununla da razılaşmır, ikinci imtahanda da iştirak edib 700 bal toplamağı qarşısına məqsəd qoyub.

Yadullanın uğuruna sevinən valideynləri və sinif yoldaşları onun əzmkar və çalışqan bir şagird olduğunu deyirlər.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın