Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Kənd məktəbinin məzunu 700 bal topladı – FOTO

Kənd məktəbinin məzunu 700 bal topladı – FOTO

Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında 7 abituriyent 700 bal toplayıb.

Rekorda imza atan abituriyentlərdən biri İsmayıllı rayonunun Lahıc qəsəbə orta məktəbinin məzunu Cəbrayılov Vahab Fuad oğludur.

Qeyd edək ki, imtahanda I ixtisas qrupu üzrə 5 abituriyent (İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbi, Bakı şəhəri 220 saylı məktəb-lisey, Akademik Z.Əliyeva adına lisey, 162 saylı orta məktəb, Gəncə şəhəri 26 saylı Məktəb-Lisey Kompleksinin məzunları), IV ixtisas qrupu üzrə isə 2 abituriyent (Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya, Bakı şəhəri 287 saylı “Zəkalar” liseyinin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın