Şənbə , Avqust 13 2022
Ana səhifə / Şou Biznes / Kənan süni şouları sevir – İlkin Həsəni

Kənan süni şouları sevir – İlkin Həsəni

Aparıcı İlkin Həsəni bir müddət əvvəl aralarında qalmaqal yaşanan rejissor Kənan MM-dən danışıb.

Axşam.az xəbər verir ki, “O kimdir?” proqramında qonaq olan İlkin Kənanın son vaxtlar qalmaqallarla gündəmə gəlməsini belə şərh edib:

“Kənan uşaqlıq edir. Ətrafı deyir ki, fikir vermə, uşaq qəlblidir, dilində başqadır, qəlbindəki başqa. Müəyyən vaxt olur ki, Kənan mehriban, gözəl dost olur, ad günlərində yada salır. 20 ildən çoxdur bir-birimizi tanıyırıq. O da sıfırdan necə başlayıbsa, mən də necə gəlmişəmsə görmüşük. Kənana qarşı kinim, nifrətim yoxdur, qəlbini bilirəm. Kənan şounu çox sevən insandır. Süni şouları olur, publikaya oynayır, bir balaca abardır. Kənan klipmeyker, aktyor kimi maraqlıdır. Son vaxtlar isə TikTok-la gündəmə gəlir”.

Qeyd edək ki, Kənan sosial şəbəkədə İlkin Həsəninin müəllifi olduğu layihələrlə bağlı “Sizi Fəlakətlər, Bozbaşlar gözləyir, hələ görəcəyiniz günlər qabaqadadır” şərhini yazmışdı.

Həmçinin oxuyun

Emin Ağalarov: “Biz ailə olaraq qalmağı bacarmışıq!

“Azərbaycanda bizneslə məşğul olmaqdan böyük zövq alıram”. Bunu Azərbaycanla yanaşı Rusiyada da yetərincə məhşur olan …