Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Kəmaləddin Heydərovun Rusiyadakı 70 milyonluq layihəsi – FOTOLAR

Kəmaləddin Heydərovun Rusiyadakı 70 milyonluq layihəsi – FOTOLAR

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Rusiyanın meyvə şirəsi sektoruna böyük miqdarda maliyyə yatırıb.

Bu barədə “business-gazeta.ru” saytındakı reportaj-məqalədə deyilir.

Qeyd olunur ki, Heydərovun biznes klanına daxil olan “Benkons Group” şirkəti Tatarstanda Sokurı şəhərinin Laişev rayonunda 4 milyard rubl dəyərində (Təxminən 70 milyon manat) zavodun tikintisinə başlayıb. Oktyabrın 7-də Tatarstan Respublikasının prezidenti Rustam Minnixanovun iştirakı ilə təntənəli təməlqoyma mərasimi keçirilib. Mərasimdə Kəmaləddin Heydərov da iştirak edib. “Benkons Group” bu il fevral ayında adıkeçən şirkətlə AİR RT arasında saziş imzalanıb, iyun ayında Laişevdə 75 hektar torpaq sahəsi alıb və cəmi bir neçə gün əvvəl zavod inşaatına start verib.

01

Bu şirkət “Rusiyada içilən meyvə şirələrinin hər 10-cu stəkanını” Tatarstanda istehsal etməyə iddialıdır. İnvestorlar yerli almalara ümid etsələr də, bildirilir ki, bu həcmdə istehsal üçün yerli məhsul azlıq edəcək və Azərbaycandan gətirilməsinə ehtiyac var.

4,06 milyardlıq investisiya layihəsinin istehsal gücü saatda 25,5 min litr və ya ildə birnövbəli rejimlə 53,8 milyon litr təşkil edir. Zavodun yanında xammal anbarı və hazır məhsullar üçün anbarlar olan böyük logistika mərkəzi tikiləcək. Zavodun fəaliyyətə başlaması 2017-ci ilin ilk yarısına planlaşdırılır.

“Benkons Group”un kommersiya direktoru Emil Zalov bildirib ki, şirkət uğurlu nəqliyyat infrastrukturu, yaxşı investisiya mühiti və xoşagələn iqlim şərtlərinə görə Tatarstana yatırım etmək etmək qərarına gəlib.

http://azpolitika.info/wp-content/uploads/2015/10/023.jpg

“Biz burda meyvələrin, ilk növbədə alma yetişdirilməsi üçün böyük potensial görürük. Bu bizə istehsal qiymətlərini azaltmaq imkanı verəcək. Meyvə ucuzdur, lakin onu daşımaq bahadır. Regionun yerli kənd təsərrüfatı imkanlarından yararlanacağımıza ümid edirik”, – deyə Emil Zalov qeyd edib.

Onun sözlərinə görə, konsentratlardan bərpa olunan əksər şirələr üçün əsas meyvə olan almanın təxminən yarısı yerli xammal kimi Tatarstandan alınacaq. Zavoda ildə 40-50 min ton alma lazım olacaq.

Jurnalistlərin “bu qədər almanı Tatarstanda hardan tapacaqsınız” sualına Zalov belə cavab verib ki, alma tez yetişən məhsuldur və üç il ərzində ilk məhsulu toplamaq mümkün olacaq. Şirkət ümid edir ki, yerli istehsalçılar da bu istiqamətdə çalışacaq, zavodu xammalla təmin edəcəklər. Lakin ilk mərhələdə konsentratın Azərbaycandan gətiriləcəyi deyilir.

03

Kommersiya direktorunun sözlərinə görə, ancaq yerli xammala ümid etmək olmaz, belə ki, Rusiyada ən çox içilən şirə portağal suyudur: “Çətin ki, biz Tatarstanda portağal yetişdirək”.

E.Zalov 75 hektarlıq ərazisin ancaq 12 faizinin zavod kompleksi üçün istifadə olunacağını, qalan 63 hektarın isə “gələcək genişlənmə” üçün saxlanıldığını deyib.

“Benkons Group”un kommersiya direktorunun sözlərinə görə, Azərbaycandan Rusiya bazarında hazırda idxal edilən şirə həcmi ildə 3-4 milyon litrə çatır və şirkət bu istiqamətdə federal şəbəkələrlə əməkdaşlır edir: “Lakin logistika və gömrük prosedurları gəlirin böyük hissəsini “yeyir”. Bizim vəzifəmiz ondan ibarətdir ki, məhsul təchizatına tamamilə Sokurıdakə zavodla keçək”.

Şirkət nümayəndəsi əlavə edib ki, həmçinin burdan Çin və Şərqi Asiyaya da məhsul ixrac etmək planları var, çünki Azərbaycandan bu proses çətin və baha başa gəlir.

04

Qeyd edək ki, sözügedən məqalədə müəllif Kəmaləddin Heydərovun personasına da diqqət yetirərək, Vikileaks saytına istinadla onu “Azərbaycanın ən nüfuzlu oliqarxı” adlandırır.

Ümumiyyətlə, hazırki iqtisadi tənəzzül dövründə K.Heydərovun Rusiyada belə bahalı layihə həyata keçirməsi maraqlıdır. Belə görünür ki, neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına ciddi təsir etsə də, oliqarxlarımızın inkişaf planlarına təsir edə bilməyib. (azpolitika.info)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın