Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Şou Biznes / “Kəmaləddin Heydərova böyük simpatiyam var” – Flora Kərimova

“Kəmaləddin Heydərova böyük simpatiyam var” – Flora Kərimova

Xalq artisti Flora Kərimova fövqəladə hallar naziri Kəmaləddin Heydərovun onun üçün mahnı bəstələməsi xəbərinə münasibət bildirib.

Bu barədə musavat.com-a açıqlama verən xalq artisti mahnıdan xəbərsiz olduğunu qeyd edib: “Kəmaləddin bəyin mənə mahnı yazdığıını eşitmişəm. Dəqiq məlumatım yoxdur. Mən həqiqəti bilmədən açıqlama vermək istəmirəm. O birilər kimi məlumatım olmadan döşümə döymürəm ki, sonra elə bir şey olmadığı üzə çıxanda xar olum. Baba müəllimdən soruşun, o sizə dəqiq məlumat versin. Əgər mənim üçün mahnı yazılıbsa, sevə-sevə oxuyaram. Həmişə demişəm ki, Kamalın mahnısı inci kimi bir-birinə düzülüb. Onun mahnıları çox xoşuma gəlir, təbii ki, oxuyaram. Bundan əlavə bir insan kimi ona böyük simpatiyam var. Kəmaləddin bəy də, oğulları da vətənə bağlı insanlardır. Onun mahnısını həvəslə oxuyaram”.

Səhhətindən danışan F.Kərimova özünü yaxşı hiss etdiyini bildirib: “Şükür Allaha ki, səhhətim yaxşıdır. Özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, şair Baba Vəziroğlu mətbuata açıqlamasında bildirmişdi ki, fövqəladə hallar naziri Kamaləddin Heydərov xalq artisti Flora Kərimova üçün mahnı bəstələyib. Mahnı gələn ayın sonuna kimi hazır olacaq.

Həmçinin oxuyun

Rəqassə Fatimənin qızı ərə getdi – FOTO\VİDEO

Hazırda paytaxtın dəbdəbəli restoranlarının birində məşhur rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın toyu keçirilir. Diqqət çəkən …

Bir cavab yazın