Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Kəmaləddin Heydərov FHN-i xüsusi rejimə keçirir

Kəmaləddin Heydərov FHN-i xüsusi rejimə keçirir

Fövqəladə Hallar Nazirliyi (FHN) Avropa Oyunlari zamani baş verə biləcək istənilən hadisələrin qarşısını almaq üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ANS TV-nin məlumatına görə, bu məqsədlə nazirliyinin bütün sturukturları da tam hazırlıq səviyyəsinə gətirilib. Əlbəttə ki, bu hazırlıqlarda və təhlükəsizliyin təminində qurumun Xüsusi Riskli Xilasetmə xidmətinin üzərinə də çox böyük iş düşür. İdman yarışlarının keçiriləcəyi ərazilər də daxil olmaqla bütün qərargahlar 24 saat müddətində fasiləsiz işləyəcək. Qabaqlayıcı tədbirlərin görülməsi barədə dərhal qərargaha məlumat ötürüləcək ki, bu da baş verə biləcək hadisələrin vaxtında qarşısının alınmasına xidmət edəcək.

FHN-in rəsmisi Kür Səfərəliyev bildirib ki, FHN-in xilasediciləri idman keçiriləcək arenalarada yerləşdiriləcək və lazım gələrsə insanların köməyinə çatacaqlar.

Təhlükəsizliyin təmin edilməsi üçün idman arenaları insan və texniki vasitələrlə yanaşı xüsusi təlim görmüş itlərin vasitəsi ilə də qorunacaq. Bu məqsədlə irimiqyaslı idman yarışları keçirmiş bir çox ölkələrin mülki təhlükəsizlik tədbirləri təhlil edilib. Həmçinin baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması ilə bağlı 14 istiqamət üzrə xüsusi planlar tərtib edilib.

Kür Səfərəliyev onu da qeyd etdi ki, FHN-in əməkdaşları artıq yerlərlə tanış olub və görəcəkləri işlər haqqında təlimatlandırılıb.

Qonaqların qaldığı otellerdə də monitorinqlər aparılıb. Onların texniki personalı gündəlik təlimlərə cəlb edilib. Bu otellərdə nazirliyin canlı qüvvə və texnikası da keşik çəkəcək.

Avarçəkmə yarışlarının keçiriləcəyi Mingəçevir şəhərində isə nazirlyin regional bölməsi fəaliyyət göstərəcək. Buradakı xilasedici dəstələr də artıq hazırlıq vəziyyətinə gətirilib. Ümumiyyətlə, I Avropa Oyunları zamanı kimliyindən asılı olmayaraq hər bir insan fövqaladə vəziyyətlərlə bağlı “112” və “101” qanyar xəttinə müraciət edə bilər. Bu xidmətlərə Azərbaycan, ingilis, rus dillərində müraciətlər oluna bilər. Bu müraciətlər operativ şəkildə cavablandırılacaq və ya lazım gələrsə, digər orqanlara- səhiyyə və polisə yönəldiləcək.

Xatırladaq ki, Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovdur.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın