Ana səhifə / Şou Biznes / JTI Korporativ Sosial Məsuliyyət sahəsində yeni mükafatlar qazandı

JTI Korporativ Sosial Məsuliyyət sahəsində yeni mükafatlar qazandı

“Japan Tobacco International” (JTI) şirkəti Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) tərəfindən Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində təqdim edilən “KSM-də Fərqlənmə” (CSR Excellence) mükafatlarına layiq görülüb.

Şirkətdən …-a verilən məlumata görə, JTI-ın Azərbaycanda həyata keçirdiyi dörd layihəsi müxtəlif nominasiyalarda qalib gəlib. Qeyd edilən müsabiqə AmCham tərəfindən Azərbaycanda fəaliyyət göstərən üzv şirkətlər arasında hər il keçirilir.

JTI-ın dəstəyi ilə Lerik rayonunun Cangəmiran kəndində əhalinin içməli su ilə təchiz olunması layihəsi Amerika Ticarət Palatasının “Qızıl Mükafatı” ilə təltif edilib. Layihənin icrası nəticəsində kənddə yaşayan 2,000-ə yaxın insan təmiz və təhlükəsiz içməli su ilə təmin edilib. Bundan başqa, Azərbaycan muğamının dünyada tanıdılması istiqamətində Beynəlxalq Muğam Mərkəzi ilə əməkdaşlıq, Azərbaycan Xalça Muzeyi ilə birlikdə ölkədə ilk dəfə “Azərbaycan Xalçası” ensiklopediyasının nəşr edilməsi və “Damla” aztəminatlı ailələrə qayğı ictimai birliyi ilə tənha qocaların və əlilliyi olan insanların ərzaq yardımı ilə təmin edilməsi layihələri də müxtəlif nominasiyalarda “Gümüş Mükafat”a layiq görülüb.

Qeyd edək ki, JTI-ın dəstəyi ilə Kürdəmir rayonunun Qarasaqqal kəndində əhalinin içməli su ilə təmin edilməsi layihəsi də ötən Amerika Ticarət Palatasının “Gümüş Mükafatı”na layiq görülmüşdü. Sözügedən layihə 2014-cü ildə JTI-da ən yaxşı KSM layihəsi seçilmişdi.

JTI “Japan Tobacco” Tütün Şirkətləri Qrupunun üzvü olmaqla aparıcı beynəlxalq tütün məhsulları istehsalçısıdır. Mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən JTI 120-dən ölkədə fəaliyyət göstərir və şirkətdə 27 000 nəfər çalışır. JTI Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərir.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın