Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / İyunda 1013 abituriyent iştirak edəcək

İyunda 1013 abituriyent iştirak edəcək

İyunun 11-də keçiriləcək Azərbaycan dili fənni üzrə test imtahanının II mərhələsində iştirak edəcək abituriyentlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, 11 iyun tarixində keçiriləcək imtahanda (martın 31-dən sonra ərizələrini təsdiq edən) 1013 abituriyent iştirak edəcək. 2016-cı ildə “Azərbaycan dili” fənni üzrə test imtahanında “məqbul” qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı isə 928 nəfərdir.

Qeyd edək ki, aprelin 9-da ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili fənni üzrə ilk imtahanı keçirilib. İmtahanda iştirakı nəzərdə tutulan 6151 abituriyentdən 92 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 6059 abituriyentdən 4561 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

Aprelin 1-dən 10-dək elektron ərizəsini təsdiq edən, eləcə də aprelin 9-da keçirilən imtahanda “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyunun 11-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər. Lakin 11 iyunda keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında “qeyri məqbul” qiymət alacaqları təqdirdə onlara ixtisas seçimində iştirak etməyə icazə verilməyəcək.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın