Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / İTV “Eurovison”a bu 3 nəfərdən birini göndərəcək

İTV “Eurovison”a bu 3 nəfərdən birini göndərəcək

Bir neçə həftə sonra İctimai Televiziya “Eurovision- 2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisini ictimaiyyətə təqdim edəcək. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kanal onlarla namizəd arasında üç nəfər müəyyənləşdirib və onlar arasında seçim aparır. 

Sözügedən şəxslərdən biri “Səs Azərbaycan müsabiqəsinin finalisti olan Samirə Əfəndidir.  O, yarışmada iştirak edəcək favori namizəddir. Lakin Azərbaycan ard-arda xanım iştirakçıları “Eurovision”a göndərdiyi üçün bu dəfə əsas diqqət bəylərin üzərindədir.

İkinci namizəd isə “Səs Azərbaycan” proqramı ilə populyarlaşan, MTV –də yayımlanan “3 canlı” proqramının aparıcısı Tofiq Hacıyevdir. 

Üçüncü ifaçı Fransanın TF1 telekanalında yayımlanan “The Voice 5” müsabiqəsinin iştirakçısı olmuş azərbaycanlı müğənni Araz Hümbətlidir.

İTV hələ üç iştirakçı arasında seçim aparır, lakin qapalı keçirilən milli seçim turunun qalibi müəyyənləşdirməkdə çətinlik çəkir. 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …