Bazar ertəsi , Avqust 10 2020
Ana səhifə / Şou Biznes / İtkin düşən yol polisi işdən azad olundu

İtkin düşən yol polisi işdən azad olundu

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİDYPİ) Növbətçi Hissəsinin sürücüsü, polis serjantı Əliş Kərimov vəzifəsindən azad edilib. 

Bu barədə Report-a Bakı şəhər DYP-dən məlumat verilib.

Məlumata görə, Ə.Kərimovdan izahat alınıb, xidməti yoxlama aparılıb. O, vəzifə borcunu yerinə yetirərkən işinə qarşı laqeyd münasibət bəslədiyinə görə polis sıralarından xaric edilib.

Qeyd edək ki, fevralın 2-dən 3-nə keçən gecə Ə.Kərimov ona təhkim olunmuş 99-YP-460 dövlət qeydiyyat nişanlı KİA markalı avtomobili küçədə saxlayaraq ərazidən uzaqlaşıb. Avtomobil BŞBDYPİ-nin Növbətçi Hissəsinə məxsusdur.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Ə.Kərimov Növbətçi Hissədə sürücü işləyirdi. Onun xeyli miqdarda borcu olduğu, “Topaz”da çoxlu pul uduzduğu, elə buna görə də qaçıb gizləndiyi bildirilir. Əliş Kərimov iki il əvvəl yaşadığı ərazidə bıçaqlanıbmış. Amma hadisənin səbəbi məlum deyil.

Həmçinin oxuyun

Sabiq məmurun qızı boşanmasından danışdı: “Bezmişəm, heç kim vecimə deyil”

Bloqqer Aysel Şükürova həyat yoldaşı Oqtay Əhmədovla boşanma xəbərlərinə münasibət bildirib.  Aysel ünvanına deyilən tənqidlərə …

Bir cavab yazın