Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “İtkin düşən neftçilərin meyitləri Qazaxıstanla sərhəddə tapılıb”

“İtkin düşən neftçilərin meyitləri Qazaxıstanla sərhəddə tapılıb”

SOCAR “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən neftçilərin cəsədləri Xəzərin Qazaxıstan sərhədinə yaxın ərazisində tapılıb.
“APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov operativ qərargahda keçirilən brifinqdə bildirib.
X. Məmmədov qeyd edib ki, kəskin pisləşən hava şəraiti, sərt dəniz havası xilasetmə tədbirlərini yubadır və çətinləşdirir.
Vitse-prezident platformada çalışan neftçilərin xilasedici jiletsiz olması ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülərə də toxunub: “Bəzi məsələdən, hadisədən xəbərsiz insanlar, məlumatsız və qeyri-peşəkar sosial şəbəkə istifafəçiləri həqiqətə uyğun olmayan paylsşımlar edirlər. Onlar anlamırlar ki, söhbət insan taleyindən gedir. Söhbət çox ciddidir. Bu, siyasi oyun deyil”.
Daha sonra brifinqdə vitse-prezidentin sözlərini təsdiq edəb videokadrlar nümayiş etdirilib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın