Şənbə , Yanvar 22 2022
Ana səhifə / Şou Biznes / “İti qovan kimi qovdular səni …” – Elnarədən jurnalistə sərt sözlər + Foto

“İti qovan kimi qovdular səni …” – Elnarədən jurnalistə sərt sözlər + Foto

Xəbər verdiyimiz kimi, bu gün müğənni Elnarə Xəlilovanın DSX-də işləyən həyat yoldaşı mayor Rövşən Cahangirovun jurnalistə yumruq atma xəbəri yayılıb.

“Baku TV”də çalışan tanınmış jurnalist Tural Müseyibov DSX rəisi Elçin Quliyevdən helikopter qəzasının səbəbləri ilə bağlı açıqlama almaq istəyən zaman xoşagəlməz hadisə baş verib.

Bununla bağlı müğənni açıqlama verərək jurnalisti tənqid edib:

“Arvadını da tanımıram ki, soruşum mənim ərim müharibədə olanda sən harda idin? Sən kimsən? nəçisən? Həmkarsan? Yoxsa korsan? Ay yersiz axı sənə yerini göstərdilər, dedilər gözlə hamı kimi – hamı üçün ayrılmış yer və vaxt var. Yoxsa elə bilirsən Mirşahinsən? Mirşahinin heç “m” hərfi də ola bilməzsən. İti qovan kimi qovdular səni nazirlikdən. Ay like dalınca qaçan “zurnalist”. Əgər sənə zor tətbiq edilsəydi – bunu çalışdığın kanal yayımlayardı. Əzik kimi fb səhifəndə paylaşmazdın. Kim də bilməsə biz yaxşı bilirik operatorların o fəndlərini. Heç olmasa Şəhidə hörmət qoyardın ay fərsiz. Mən nədən danışıram axı? Şəhidə hörmət ? Vətən müharibəsində Şəhidə gey deyən sən deyildin? Səni hamıdan çox müdafiə edən də mən. İndi sən guya bizi tanımırsan. Ar olsun sənin kimi zurnalistlərə. Vətənin üz qarasısınız siz. Atdığınız bütün şər və böhtana görə cavab verəcəksiniz” – deyə Elnarə qeyd edib.

Həmçinin oxuyun

Tanınmış aktrisaya qarşı dələduzluq: “Məni məmur qohumları ilə hədələyirlər”

“Vicdan haqqı” serialının Larisası kimi tanınan aktrisa Çimnaz Sultanova dələduzluqla üzləşib. Sənətçi bu barədə sosial şəbəkə hesabında …