Çərşənbə axşamı , İyul 27 2021
Ana səhifə / Şou Biznes / İtaliya televiziyasında Azərbaycanla bağlı xüsusi buraxılış

İtaliya televiziyasında Azərbaycanla bağlı xüsusi buraxılış

İtaliyanın televiziya kanalında Azərbaycan ilə bağlı xüsusi buraxılış yayımlanıb.

İtaliyanın “SKY 835 AB Channel” kanalının “Eurasia News TV” proqramı 30 iyun buraxılışını Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və 28 May Respublika Günü münasibətilə mayın 24-də Romada təşkil olunmuş Azərbaycan musiqi və rəqslərindən ibarət “Odlar Diyarının səsləri və ritmləri” adlı konsertə və iyunun 22-24-də Romanın tarixi “Casa del Cinema” kino evində keçirilmiş İtaliyada Birinci Azərbaycan Film Festivalına həsr edib.

Proqramda hər iki mədəni tədbirdən fraqmentlər təqdim olunub, onlar haqda ətraflı məlumat verilib. Həmçinin, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadədən, eləcə də tədbirlərdə əsas qonaq qismində iştirak edən şəxslərdən müsahibələr təqdim edilib.

Verilişin aparıcısı hər iki tədbirin italyan tamaşaçılar tərəfindən böyük maraqla izlənildiyini, bu kimi tədbirlərin Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verməsi ilə yanaşı, Azərbaycanın zəngin mədəniyyəti və incəsənətinin İtaliyada daha da yaxından tanıdılması üçün faydalı olduğunu vurğulayıb.

Həmçinin oxuyun

Üzeyir Hacıbəylini tanımayan Xalq artisti: Onu kim “Toylar kralı” etdi?

Günel Natiqin “Gülər üzlü Səməd Səmədov” yazısını təqdim edirik: 90-cı illərdə İlhamə Quliyeva təmtəraqla yubileyini …

Bir cavab yazın