Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / İtən neftçilərdən nə xəbər var?

İtən neftçilərdən nə xəbər var?

“Günəşli” yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində itkin düşənlərin axtarışı bu gün də davam edir. Axtarışlara bu gün səhər tezdən başlanılıb. Hazırda əməliyyatlara həm Fövqəladə Hallar Nazirliyinin, həm də Sərhəd Qoşunlarının vertolyotları, gəmilər və dalğıclar cəlb olunub.

Bunu ans press-ə açıqlamasında “Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov deyib. Onun sözlərinə görə, digər ölkələrlə də əlaqələr var, onlar da axtarış aparırlar. Lakin hələlik axtarışlarda heç bir yenilik yoxdur.
İkram Qurbanov həmçinin qeyd edib ki, hava nisbətən mülayimləşsə də axtarışlar üçün tam əlverişli deyil.
Xatırladaq ki, dekabrın 4-də axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. SOCAR-dan verilən məlumata görə, yanğına səbəb güclü tufanın saat 17:40 radələrində yataqdakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması olub.
Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 7-nin meyiti tapılıb, 33 nəfər təxliyyə olunub, 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın