Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / İstirahət mərkəzində baş verən bədbəxt hadisənin GÖRÜNTÜLƏRİ: 2, ölü, 2 yaralı – VİDEO

İstirahət mərkəzində baş verən bədbəxt hadisənin GÖRÜNTÜLƏRİ: 2, ölü, 2 yaralı – VİDEO

Hadisənin təfərrüatları üzə çıxdı.

İsmayıllı rayonundakı istirahət mərkəzlərindən birində dincələn turistlərdən 2-si bədbəxt hadisə nəticəsində dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb.

ARB Şəki xəbər verir ki, hadisə ötən gün axşam saatlarında İsmayıllının İstisu kəndi ərazisində yerləşən istirahət mərkəzində baş verib.

Rayon sakinlərinin sözlərinə görə, istirahət etmək üçün Bakı və Zaqataladan İsmayılıya gələn 4 nəfər turisti elektrik cərəyanı vurub. Hadisə istirahət mərkəzinin hovuzunda baş verib.

Gənclər hovuzda çimərkən qəflətən suya birləşən elektrik cərəyanı onları vurub. Bakı şəhər Binəqədi rayon sakini, 33 yaşlı Adıgözəlov Emin Zakir oğlu, Abşeron rayonu Xırdalan qəsəbə sakini, 38 yaşlı Quliyev Gülhüseyn Xaliqverdi oğlu dünyasını dəyişib. Zaqatala rayon sakini 36 yaşlı Ömərov Eltəkin Məhəddin oğlu və Bakı şəhəri Nizami rayon sakini, 31 yaşlı Əliyev Zakir Mahir oğlu İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hovuzun içərisində rəngli işıqların və su motorunun olduğu, cərəyanın da həmin qurğuların nasaz naqilləri vasitəsilə suya birləşdiyi ehtimal olunur.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı İsmayılı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın