Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Şou Biznes / “İstəyirəm mən öləndə hamı gülsün, sevinsin“

“İstəyirəm mən öləndə hamı gülsün, sevinsin“

“Təkcə xanımlar yox, kişilər də paxıllıq edirdi. Hər zaman gözəl olmuşam. Buna görə də ən yaxınlarımdan belə qısqanclıq görmüşəm. Məni hər zaman qısqanırdılar. Gözəlliyim başıma bəla olub. Səhnəyə çıxmayım deyə, çayıma dərman atıblar, qrim otağından qovublar, xəstəxanalıq belə olmuşam”.

Bu sözləri Xalq artisti Naibə Allahverdiyeva “Sözbaz” proqramında deyib. Aktrisa sənət adamlarının ona qarşı etdiklərindən danışıb.

N.Allahverdiyeva “Qadın kimi xoşbəxtsiniz” sualına belə cavab verib:

“Valideynlərimin ayrılmasının travması üstümdə qalıb. Hər zaman bu haqda danışanda özümü saxlaya bilmirəm (ağlayır). get-gedə bunu daha çox hiss edirəm, bilmirəm niyə. Hər zaman insanların övladlarının əzizlədiyini görəndə baxıram ki, mənə edilməyib. Mənim məhəbbətə ehtiyacım var. Depressiyada olanda, pis vaxtlarımda tanımadığım, vitual insanlar dəstək olub mənə. Övladımı indi böyük sevgi ilə böyüdürəm.

İstəyirəm ki, mən öləndə arxamca kimsə ağlasın. İstəyirəm ki, hamı gülsün, sevinsin, danışsınlar”.

Həmçinin oxuyun

Maqsud hansı müğənniləri şantaj edib? – “Deyirdilər ki, qızım var, istəmirəm bu videonu görsün“

“Mən sosial şəbəkə hesabımda Maqsud Mahmudovun səs yazısını paylaşmışdım”. Bunu prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) …