“İstəmirəm övladım məni belə halda görsün…” – Xərçəngdən əziyyət çəkən “Toppuş bacı”

“Müalicəm davam edir, xəstəxananın həkimləri və tibb bacıları qayğıma qalır. Yaxşıyam, özümü evimdəki kimi rahat hiss edirəm. İnşallah bir neçə gündən sonra xəstəxanadan evə buraxılmalıyam. Daha sonra müalicəm analizlərin nəticəsinə uyğun olaraq davam edəcək”.

Bu sözləri bir neçə gün əvvəl uşaqlıq yolunda bədxassəli şiş aşkar olunan və xərçəngdən əməliyyat olunan aktrisa Tünzalə Əliyeva deyib. “Toppuş bacı” kimi tanınan Əməkdar artist sözlərinə onu da əlavə edib ki, həyat yoldaşı daim qayğısına qalır:

“Xəstəxananın öz qanunları var, saat 5-dən 8-ə qədər yanıma gəlməyə icazə verirlər. Bu müddətdə həyat yoldaşım yanıma gəlir, məni tək qoymur. Lakin bir həftəyə yaxındır ki, övladımla görüşmürəm, çünki xəstəxanaya uşaq gətirməyə icazə vermirlər. Heç özüm də istəmirəm ki, qızım məni belə halda görsün. İnşallah tezliklə görüşəcəyik”.

Qeyd edək ki, Röyal adlı şəxslə evli olan artistin nikahında 2 yaşlı bir qızı var.

mənbə: publika

Zdrave universal kremi zdrave forte