Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Şou Biznes / İspanlar Hacı İbrahimdən Fransa səfirliyinə şikayət etdi – ŞOK

İspanlar Hacı İbrahimdən Fransa səfirliyinə şikayət etdi – ŞOK

Ötən mövsüm futzal üzrə ölkə çempionu olmuş “Xazar Aylands” klubunun 2 ispan oyunçusu – Karlos Anos Rodriqes, Lolo Xarke və fiziki hazırlıq üzrə məşqçi Anxel Qamelya Fransanın Bakıdakı səfirliyinə şikayət edib.

Qaynar.info-ya daxil olan məlumata görə, ispanları narazı salan məqam artıq dağılmış olan bu komandanın sahibi Hacı İbrahim Nehrəmlidən ötən mövsümün 2 ayının maaşını almamalarıdır. Halbuki digər oyunçular və məşqçilərə ötən ay maaşları verilib. Bundan xəbər tutan ispanlar da ölkələrinin Azərbaycanda nümayəndəliyi olmadığı üçün Fransanın Bakıdakı səfirliyinə şikayət etməli olublar.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, ispanlar ölkəmizi tərk edərkən maaş ala bilmədikləri üçün “Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintanadan borc alıblar. Hazırda ispan futzalçıların meneceri də məsələyə qarışıb və Hacı İbrahim Nehrəmlidən müştərilərinin pullarını alacağına ümid edir.

Həmçinin oxuyun

“Camaatın cibində pul var ki, toy edə?” – Niyam Salami

Müğənni Niyam Salami “Hər səhər Mətanətlə” proqramında qonaq olub.Müğənni həmkarlarının toyla bağlı narahatçılıqlarına etiraz edib:“İndi …

Bir cavab yazın