Cümə , Yanvar 22 2021
Ana səhifə / Şou Biznes / “İslamiada-2017″nin rəsmi reklam çarxı yayılıb – VİDEO

“İslamiada-2017″nin rəsmi reklam çarxı yayılıb – VİDEO

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) qısametrajlı reklam filmi hazırlayıb. Mayın 12-22-də Bakıda keçiriləcək Oyunlardan əvvəl film dörd qitəni əhatə edən 50-dən çox ölkədə yayımlanacaq.

AzərTac xəbər verir ki, milyonlarla televiziya tamaşaçısının seyr edə biləcəyi bu qısametrajlı reklam filmi ruhla bədənin vəhdətində mükəmməlliyin ehtiramla bayram edilməsi, İslamda birlik, Azərbaycanın ölkə və xalq kimi mədəniyyəti və irsinin beynəlxalq səviyyəli çoxnövlü idman tədbiri ilə tərənnümü üzərində qurulub.

Film paytaxtın ən tanınmış yeni və müasir memarlıq nümunələri ətrafında çəkilib. Bura Heydər Əliyev Mərkəzi, Alov qüllələri və əzəmətli Heydər Məscidi daxildir. Filmin yaradıcı heyəti, həmçinin ilham mənbəyini Azərbaycanın mədəni irsi olan, UNESCO-nun Ümumdünya Mədəni İrsi Siyahısına daxil edilmiş Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun bizim eradan əvvəlki dövrlərə məxsus qayaüstü rəsmlərindən götürüb.

Azərbaycan mədəni irsinə ehtiramın digər nümunəsi musiqidə əks olunub. Qobustan ərazisində tapılmış, eramızdan əvvəlki dövrə məxsus zərb aləti olan Qavaldaşın səsi ənənəvi kollektiv rəqsə – “Yallı”ya xüsusi rəng qatır.

Həmçinin oxuyun

“Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir“

Müğənni Nadir Qafarzadə aktrisa Pərvin Abıyevanın “Heç bir qız kasıb oğlana ərə getmək istəməz” sözlərinə …

Bir cavab yazın