Cümə , Yanvar 22 2021
Ana səhifə / Şou Biznes / “İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və 9 aydır ləğv olunan toylardan danışdı.  

– Hər ifaçının repertuarında ən azı 2 Qarabağa həsr olunan mahnısı var. Bu gün Qarabağ  sahibinə geri döndü. Hansı hissləri yaşayırsınız?  

– Qarabağ hər birimizin uşaqlıq arzusu idi. Bizim əsas qayəmiz, istəyimiz, hədəfimiz torpaqlarımızın işğaldan azad olunması idi və biz bunun üçün yaşamışıq. Torpaqlarımızın düşməndən xilas olunmasında Azərbaycanın mərd, qəhrəman oğullarının böyük rolu olub. Onların 6-sı ailə üzvlərimdir. Belə ki, xalamın 6 nəvəsi II Qarabağ müharibəsində ön cəbhədə  vuruşublar. 3-ü artıq qayıdıb, 3-ü isə hələ də Qarabağdadır. Cəbhə böləsində vətənin keçiyində duran hər bir əsgərlərimiz bizim övladlarımızdır. Onu da nəzərinizə çatdırım ki, digər bögələrdən olduğu kimi Tovzudan şəhidlərimiz oldu. Biz şəhidlərimizə Allahdan rəhmət diləyirik. Onlara canımız da qurbandır. Çünki onlar bizim üçün, torpağımız üçün canlarından keçdilər.

Bu gün əldə etdiyimiz qələbəyə görə çox sevincliyik. Artıq bundan sonra istirahət üçün xaricə deyil Qarabağın səfalı təbiətinə üstünlük verəcəyik. Bu torpaqlar sözün əsil mənasında cənnət məkandır. Hesab edirəm ki, vətənimdən kənarda yaşaya bilmərəm. Azərbaycanı çox sevirəm.

 Qarabağda oxumaq istədiyiniz özəl bir mahnınız varmı?  

– Yeni ifa etdiyim “Qarabağ Azərbaycandır!” mahnım bu ruhdadır. Sözügedən mahnım kifayət qədər sevildi və diqqət gördü. Bu mahnını  ürəklə ifa etdim. Mahnın mətni də Ali Baş Komandanımızın sözlərinə istinadən hazırlanmışdı. Mahnını məhz bu səpkidə yazdırdım. İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm.       

 – Şuşada konsert verməyi necə, düşünürsünüzmü?

 –  Əlbəttə bütün sənətçilərin arzusudur ki,  Qarabağda, işaldan azad edilmiş torpaqlarda konsert proqramı ilə çıxış etsinlər. Bilirəm ki, bundan sonra Qarabağda konsert proqramı, toylar daha çox olacaq. Biz də gedib həm o torpaqları görəcəyik, həm də oradakı toy məclislərində iştirak edəcəyik.

 İndi hərbi geyimdə fotosessiya etdirən müğənnilərin sayı vətənpərvər mahnılar ifa edənlərdən daha çoxdur.  Siz necə?

 – Mən “Qarabağ Azərbaycandır!” mahnısını hərbi  geyimdə ifa etdim. Bu geyimdə şəkillərim oldu, klipim çəkildi. Həmin klipi vətənimiz, qələbəmiz üçün çəkdirdim. Bu ruhda ifa edilən mahnı da sevildi və gözəl qarşılandı. Müğənnilər o  hərbi geyimi hər dəqiqə  geyinmir. Biz də arxa cəbhədə döyüşən vətəndaşlarıq. Öz dəstəyimizi ifalarımızla bildiririk.

– Bu müddət ərzində əsgərlərlə görüşdünüzmü?

 – Bəli, mən Tərtərə getdim, orada əsgərlərlə görüşdüm. Ancaq bu görüşdən heç bir çəkiliş etmədim. Əlimdən gələn qədər yardımlar da etməyə çalışdım. Bunu deyib, özünü reklam etməyin tərəfdarı deyiləm. Nəinki indi bundan əvvəl də xeyriyyə tədbirlərində iştirak edir, yardımlar edirdim. Hətta elə olur ki, mənə mesaj yazırlar və mahnılarımı dinlədiklərini, sevdiklərini bildirirlər. Qeyd edirlər ki, heç nəyə ehtiyacımız yoxdur, sadəcə ifanızı eşitmək istəyirik. Bu ərəflərdə əsgərlərimiz üçün telefonda 15-20 dəqiqə mahnı oxumuşam. Biz xanım olaraq döyüşə bilmədiyimiz üçün arxa cəbhədə əlimizdən gələni etməyə çalışırıq.

 – Hazırda ölkəmiz iki düşmənlə- erməni və koronavirusla mübarizə aparır. Pandemiya sizi nələrdən məhrum etdi?  

– Pandemiya hər sahəyə öz təsirini göstərdi. Bu virusla işləmək çətindir. Pandemiya biz ifaçılara daha çox problem yaratdı. Virus çox yayılıb və bundan dünyasını dəyişənlərin də sayı çoxalıb.   Mənim qohumlarımdan da yoluxanlar var.  Biz də bacardığımız qədər qorunmağa çalışırıq. Pandemiyadan dolayı restoranların bağlanması burada çalışan bütün işçilərin qazancını dayandırdı. Bütün bunların səbəbkarı koronavirusdur ki, o görünməz düşməndir.  Erməniyə qalib gəldik, qaldı koronavirus. Buna da qalib gəlsək bizə ölüm yoxdur.

– Bəs bu günlər ərzində necə dolanırsınız?

– Mən elə bir insanam ki, aza da çoxa da qane oluram. Sənətim olsa da, olmasa da gözəl ailəm var. Mən ev xanımı kimi evimdə otururam. Bəs insana ailə hansı gündə lazımdır? Bəlkə mən ifaçı deyiləm, o zaman ailəm mənə baxmayacaq?  Bu gün sənətimi atsam təbii ki,  o zaman mənə həyat yoldaşım baxacaq. Hazırda işim yoxdur, evdə oturub balalarıma baxıram. Yoldaşım da bizə baxır. Pandemiya günlərində heç bir maddi çətinliyim olmayıb.  Moderator.az

Həmçinin oxuyun

“Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir“

Müğənni Nadir Qafarzadə aktrisa Pərvin Abıyevanın “Heç bir qız kasıb oğlana ərə getmək istəməz” sözlərinə …