Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / İşğalçılara ət aparan azərbaycanlılar tutuldu

İşğalçılara ət aparan azərbaycanlılar tutuldu

Ukrayna könüllüləri işğal edilmiş Donetsk vilayətinə ət aparan azərbaycanlı alverçiləri yaxalayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə “Pressa Ukrainı” qəzeti yazıb. 9 nəfər azərbaycanlı alverçidən 10 ton ət müsadirə edilib.

Ukrayna hakimiyyətinin qaçaqmalçılığa qarşı mübarizəyə cəlb etdiyi könüllülərdən biri Rodion Şovkoviçnıy qeyd edib ki, gecə vaxtı saxlanan azərbaycanlılar 5 maşında ət aparırmışlar. Onların dediyinə görə, əti Donetskdə ət satan azərbaycanlı alverçilərə təhvil verməli imişlər.

Könüllüləri saxladıqları azərbaycanlıları vergi xidmətinə təhvil veriblər. Ukrayna Cinayət Məcəlləsinə görə, azərbaycanlı alverçilərə 6 ilə qədər həbs cəzası verilə bilər.

Hər avtomobildə 2 ton ət olub

Məhsulun nə əti olduğu bilinmir.

Xatırladaq ki, Ukraynanın Donetsk vilayəti müstəqilliyini elan edib, separatçı ərazi hesab edilir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın