Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Şou Biznes / “İşdən sonra seriala çəkilirəm” – Nadir Əzməmmədov 

“İşdən sonra seriala çəkilirəm” – Nadir Əzməmmədov 

“Rejissor Rövşən İsaq məni “Vicdan haqqı” serialına çəkilməyə dəvət etdi. Mən də onun təklifini dəyərləndirdim”.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, kino çəkişilişləri məmur fəaliyyətinə mane olmur.

“Bizim o qədər məmurlarımız var ki, yaradıcı fəaliyyətlə məşğul olurlar. Şeir yazırlar, mahnı bəstələyirlər və s. Mən də kino sahəsində uzun illər çalışmış insanam, filmlərə çəkilmişəm. Filmin rejissoru Rövşən İsaq məni dəvət etdi ki, “çoxdandır filmə çəkilmirsən, gəl, seriala çəkil”. Rövşən İsaq ölkədə teleserialın əsasını qoyanlardandır. Professional rejissor olduğuna görə,təklifin qəbul etdim. Bundan əvvəl onun “Sonuncu fəsil” serialında Mamed obrazında çəkilmişəm”.

N.Əzməmmədov seriala işdən sonra çəkildiyini deyib: “Mənim obrazımda çəkilişlər işdən sonra aparılır. Belə razılığa gəlmişik. Yəni işimə maneçilik yaratmır. “Vicdan haqqı” serialında dünən ilk dəfə mənim obrazım efirə verildi və bu, davamlı olacaq”.

Qeyd edək ki, Nadir Əzməmmədov ATV telekanalında yayımlanan məşhur “Vicdan” haqqı” serialında Saleh Rzayev obrazını canlandırır.

Mətbuat katibi bundan öncə rejissor Rövşən İsaqın “Sonuncu fəsil” serialında Mamed obrazında çəkilib. Nadir Əzməmmədov “Nəsimi”, “Qara Volqa”, “Asif, Vasif, Ağasif”,”Od içində”, “Yaramaz” və s. kimi filmlərdə də rol alıb.

AzVision.az

Həmçinin oxuyun

“Bir az kökələn kimi başqa sözlər yazırlar” – Könül Kərimova

Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. …

Bir cavab yazın