Ana səhifə / Şou Biznes / İsa Qəmbərdən 30 ilin etirafı – “Sənə layiq olmağa çalışdım…”

İsa Qəmbərdən 30 ilin etirafı – “Sənə layiq olmağa çalışdım…”

Tanınmış siyasətçi İsa Qəmbər evliliklərinin 30-cu ildönümü ilə bağlı xanımına təbrik məktubu ünvanlayıb.

Qafqazinfo” həmin təbriki heç bir şərh vermədən təqdim edir:

Bu gün – 6 sentyabrda dünyanın ən gözəl və ən ağıllı qadını Aida xanımla ailə qurmağımızın 30-cü ildönümüdür!
30 il… Yaxşı günlərimiz çox olub, çətin günlərimiz də az olmayıb. Hər zaman ona layiq olmağa çalışmışam. O da bütün çətinliklərdə mənə arxa olub.

Aida dünyada hər şeyin ən yaxşısına layiqdir, amma hər zaman mənim məhdud imkanlarıma qane olub.
Bu illər ərzində nələrdən imtina etdiyimi ən yaxşı bilən odur, amma heç bir zaman mənə nəinki heç bir irad bildirməyib, əksinə bütün ağır qərarlarımda məni dəstəkləyib. Çünki onun üçün də ləyaqət hər şeydən üstündür.
İtkilərimiz az olmayıb. Əsas qazancımız isə övladlarımızdır.

İki nəfərlik ailə idik.

Sonra İlkin dünyaya gəldi, üç olduq!
Sonra Turgut dünyaya gəldi, dörd olduq!
Sonra İlkin evləndi, ailəmizə Püstə xanım daxil oldu, beş olduq!
Sonra Turqut evləndi, ailəmizə Nigar xanım daxil oldu, altı olduq!

Nəhayət, Turqutla Nigarın övladı, bizim nəvəmiz Ada xanım əfəndi dünyamıza gəldi, yeddi olduq!!!
Mən nəvələrimizin artmasını, Adanın arxipelaqa çevrilməsini çox istərdim:), əlbəttə qərarı övladlarımız verəcək.
Sən isə Aida xanım, möhkəm və səbrli ol! Çünki mən ən azı daha 30 il səninlə qurduğumuz ailənin davamını istəyirəm!”

İsa Qəmbərdən 30 ilin etirafı -  “Sənə layiq olmağa çalışdım...”

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın