Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / İranın ədliyyə nazirindən azərbaycanlı milyarderə təklif – “Pulunu ver, canını qurtar”

İranın ədliyyə nazirindən azərbaycanlı milyarderə təklif – “Pulunu ver, canını qurtar”

İranın ədliyyə naziri ötən gün edam hökmünə məhkum edilmiş milyarder Babək Zəncaniyə maraqlı təklif verib. 
Avropa.info xəbər verir ki, nazir Zəncaninin dövlətə olan 2.8 milyard dollar borcunu ödəyəcəyi təqdirdə ona verilən cəzanın dəyişə biləcəyini bildirib.
Zəncani 3 oktyabr 2015-ci il tarixində Tehrandakı İnqilab Məhkəməsində başlayan iddia ilə İran qanunlarına görə cəzası edam olan “yer üzündə korrupsiyanı yaymaq”-da ittiham olunurdu.
Milyarder məhkəmənin qərarından sonra vəkili vasitəsilə göndərdiyi ismarışda yeganə məqsədinin İran hökumətinə xidmət etmək olduğunu bildirib.
Mətbuatda dərc olunan xəbərlərə görə İranın ədliyyə naziri Mustafa Pur Məhəmmədi buna cavab olaraq “Pulu bank hesabımızda gördüyümüz anda, əməkdaşlıq etdiyini anlayacağıq. Ancaq indiyə qədər əməkdaşlıq etdiyini görməmişik” deyə bildirib.
Xatırladaq ki, Türkiyədə iş adamı Rza Zərrabın şəriki olaraq tanınan və İran dövlətini 2 milyard 800 milyon dollar aldatmaqda təqsirkar bilinərək mühakimə olunan iş adamı Babək Zəncani bu ilin mart ayının 6-da edam cəzasına məhkum edilmişdi.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın