Ana səhifə / Şou Biznes / “iPhone” istifadəçiləri bu xəbəri mütləq oxusun -VACİB QAYDALAR

“iPhone” istifadəçiləri bu xəbəri mütləq oxusun -VACİB QAYDALAR

“iPhone” smartfonlarını daha da sürətləndirmək mümkündür

“iPhone”unuzun artıq əvvəlki kimi sürətli işləmədiyini düşünür və ləngliyindən şikayətçisinizsə sizin üçün hazırladığımız bu xəbəri oxuyun.

Məsələn, telefonunuzu uzun müddət söndürüb-açmamış olmanız, onun yavaş işləməsinə səbəb ola bilər.

Lazımsız şəkillərdən xilas olun – Yüzlərlə şəkli telefonunuzda saxlamaq əvəzinə onları “iPhoto” ilə arxivləyə və ya “iCloud” ilə internetdə saxlaya bilərsiniz. Beləliklə lazımsız şəkillərdən də xilas olmuş olarsınız.

Lazımsız tətbiqetmələri (application) silin – Bir vaxtlar önəm verdiyiniz, ancaq indi istifadə etmədiyiniz tətbiqetmələri silin və beləliklə telefonunuzun daxili yaddaşında boş yer yaradın.

Köhnə mesajları silin – Mesajlarınızın sayı artdıqca telefonunuz da eyni dərəcədə yavaşlayacaq. Ona görə də saxlanması lazım olmayan mesajlarınızdan telefonunuzu xilas edin.

“iPhone”ların ana brauzeri olan “Safari”nin yaddaşını (cash) silərək də telefonunuzu sürətləndirmək mümkündür. Uzun müddət istifadədən sonra “şişən” brauzer yaddaşını təmizləmək üçün “Tənzimləmələr-Safari-Tarixçəni sil” yolunu izləməyiniz yetərlidir.

“Avtomatik yeniləmələri” bağlayın – Daim arxada tətbiqetmələri yeniləməyə çalışan bu funksiya da “iPhone”larınızı ləngidən amillərdəndir. “Tənzimləmələr-iTunes & Tətbiqetmə mağazası- Avtomatik Yenilənmələr” hissəsindəki düyməni passiv edin.

“Avtomatik yeniləmələr” funksiyasında olduğu kimi “avtomatik endirmə”funksiyası da qapalı olmalıdır. Çünki “iPad” planşetinizə yüklədiyiniz “iPhone”a uyğun bir tətbiqetmə avtomatik olaraq smartfonunuza da yüklənir.

Həmin an istifadə etmədiyiniz tətbiqetmələri “Home” düyməsinə iki dəfə sürətli klikləyərək tək-tək bağlayın. Beləliklə lazımsız yerə arxa planda işləyən proqramların telefonunuzun ləngiməsinə səbəb olmasının qarşısını alın.

Telefonunuzun “Wi-fi” funksiyası açıq olduğu müddət ərzində və hər hansı bir “Wi-fi” şəbəkəsinə qoşulmayıbsa telefonunuz daim bağlanacağı bir “Wi-fi” şəbəkəsi axtaracaq. Bu da həm telefonunuzun enerjisinin tez bitməsinə, həm də telefonunuzun “RAM”-ının məşğul olmasına səbəb olacaq.Ona görə də istifadə etmirrsinizsə “Wi-fi” funksiyasını da söndürün.

“iPhone” zamartfonunnuzu ən az 2 və ya 3 gündən bir söndürüb yenidən açın.

Ən son yeniləmələri (update) mütləq yükləyin.

“Battery Doctor” kimi tətbiqetmələrdən istifadə edin; Beləliklə, həm telefonunuzun nerjisini qənaətlə istifadə edərsiniz , həm də manuel olaraq aparmaq məcburiyyətində qalacağınız bir çox işi üzərlərinə götürərək telefonun yaddaşındakı artıqları avtomatik təmizlənəcək.

Ölkə.az

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın