Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / İntihar edən İsmətin məktəb direktorundan – Açıqlama

İntihar edən İsmətin məktəb direktorundan – Açıqlama

Dünən İsmayıllıda intihar edən 12 yaşlı uşağın oxuduğu məktəbin direktoru danışıb.

5 saylı rayon məktəbinin direktoru Elçin Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, intiharın səbəbi ilə bağlı dəqiq nə isə demək olmaz, bunu hüquq-mühafizə orqanları araşdırmalıdır:

“Bizim məktəbdə 800 şagird oxuyur. Məgər köynəyi olmayan özünü asmalıdır? Bu valideyn üçün zərbədir. İsmətin heç bir problemi olmayıb. Düzdür, maddi durumu aşağı idi, lakin xəbəri o şəkildə təqdim etmək düzgün deyil. Onun atası zəhmətkeş adamdır, qonşuyuq, bu barədə söhbət də etmişik. Valideyni deyir ki, məktəb üçün hər şeyi hazır olub”.

Direktorun sözlərinə görə, məktəbli həmin gün dərsə getməyib. İsmətin dərslərində yüksək nəticələr əldə etdiyini deyən direktor onun qiymət cədvəlini də bizə təqdim edib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın