Bazar , Oktyabr 25 2020
Ana səhifə / Şou Biznes / İntihar edən psixoloqun son “mənzili”… – FOTOLAR

İntihar edən psixoloqun son “mənzili”… – FOTOLAR

İntihar edən psixoloq Dəyanət Rzayev bu gün dəfn edilib. Onun cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb. 
Ailə üzvlərinin bildirdiyinə görə, D.Rzayevin cəsədini anası Şərqiyyə Rzayeva aşkarlayıb. Belə ki, oğlunun telefon zənglərinə davamlı cavab verməməsindən narahat olan ana onun evinə gedib və meyitini aşkarlayıb. D.Rzayev özünü kəmərlə boğaraq intihar edib. O, intihardan öncə yazdığı məktubunda hadisədə heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib.
Tanınmış psixoloqun intihar hadisəsi cəmiyyətdə böyük rezonans doğurub. Çox adam psixoloqun intihar etməsini normal qəbul edə bilmir. Hətta ölüm hadisəsini müxtəlif formada şərh edənlər var.
 
Tanınmış psixoterapevt Elmir Əkbər deyib ki, bu hadisədə intihardan söhbət belə, gedə bilməz: “Birmənalı olaraq, burada heç bir intihardan söhbət gedə bilməz. Çünki Dəyanətin həyatının mənası var idi, o, nə üçün yaşadığını bilirdi. Yüz faiz əminəm ki, bu hadisədə özünəqəsddən söhbət gedə bilməz. Gah dedilər ki, özünü binadan atıb, gah da dedilər ki, özünü kəmərlə asıb. Belə təəssürat yaratdılar ki, ilk olaraq onun ölümü haqqında nə deməyin lazım olduğunu dəqiq bilmirdilər. Əvvəl dedilər ki, özünü atıb, sonra isə qeyd etdilər ki, yox, kəməri ilə özünü asıb. Dərindən analiz edən insanlar üçün bu versiyalar təbii ki, gülüncdür. Yaxşı ki, yazıq Dəyanətin üstünə benzin töküb, yandırandan sonra “o, özünü yandırdı”, deməyiblər”.
Psixoloq Elnur Rüstəmov isə fərqli düşünür: “Dəyanət tez-tez stress keçirirdi. Özünə qapanıb, telefonu söndürüb, evdə otururdu. İşə 2 dəfə gedirdi, 5 dəfə getmirdi. Daha əvvəl də intihara cəhd etmişdi”.
Tək yaşadığı evdə intihar edən psixoloq Dəyanət Rzayevin 2 azyaşlı övladı var. Mərhum bu gün günorta saatlarında Biləcəri qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun yaxınları, həmkarları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sabah isə Təzə pir məscidində mərhumun yas mərasimi keçiriləcək.
Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir.



















Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın