Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / İnternetdə məşhurlaşan neftçalalı çoban Türkiyə mediasında: “Alınmadı, yenə qoyunlarımın yanına qayıtdım…”

İnternetdə məşhurlaşan neftçalalı çoban Türkiyə mediasında: “Alınmadı, yenə qoyunlarımın yanına qayıtdım…”

Türkiyə mediası mahnı söyləyərkən telefonla çəkdiyi görüntülərlə internetdə məşhurlaşan azərbaycanlı çoban Pərvin Səfərovdan yazıb. Pərvin qoyun otararkən “Ağlaya-ağlaya” mahnısını oxuyub, video internetə yüklənəndən sonra 3 milyon baxış olub.

Virtualaz.org xəbər verir ki, Türkiyə mediasına müsahibə verən Pərvin 3 milyon izləyicisi olsa da, məşhur olmağın qarın doyurmadığını deyib.

Pərvin Neftçalada yaşayır. Yayda çobanlıq edir, qışda isə tikintidə çalışır. “Musiqi alətlərində çala bilirəm, amma maddi imkansızlıqdan musiqi təhsili ala bilmədim. Türkiyədəki musiqi yarışmalarına da maddi imkansızlıqdan qatıla bilmirəm”, – Pərvin söyləyib.

Pərvin internetdə məşhurlaşmasına inanmadığını deyib: “Evə gələn kimi görüntüləri internetə yüklədim. Səhəri dostum zəng vurdu ki, məşhur olmusan, görüntüləri izləyənlərin sayına baxanda gözlərim yaşardı. Sonra müsahibələr verdim, məşhurlaşdım. Azərbaycan Milli Konservatoriyasından ödənişsiz təhsil təklifi aldım, amma yazılı imtahanlardan keçə bilmədim. Buna görə də, yenidən çobanlığa başladım, arzularım yarımçıq qaldı”.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın