Cümə axşamı , Sentyabr 16 2021
Ana səhifə / Şou Biznes / “İnternetə girən kimi şəklimlə tabut görməkdən bir təhər olmuşam”

“İnternetə girən kimi şəklimlə tabut görməkdən bir təhər olmuşam”

Əməkdar artist Yusif Mustafayev yeznəsinin dünyasını dəyişməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan sənətçi hadisənin iki ay bundan əvvəl baş verdiyini, efirlərə çıxmamasına səbəbin bu olmadığını açıqlayıb.

65 yaşlı sənətçi haqqında yanlış xəbərlər dərc edilməsinə sərt reaksiya verib: “İki ay bundan öncə bacımın həyat yoldaşı dünyasını dəyişib. Yaşlı adam idi. Mən mərhum dostum Baloğlan Əşrəfova görə efirlərə bir müddətdir çıxmıram. İndi bəzi saytlar götürüb yazırlar ki, “Yusif Mustafayevdən üzücü xəbər”. Mənim şəkillərimlə tabut şəklini birləşdirib dayanmadan tirajlayırlar. Sosial şəbəkələr dayanmadan bunu paylaşır, vallah, daha girinc olmuşam. Səhər açılandan telefonlarım susmur, hamı zəng edib başsağlığı verir. Bu hadisə çoxdan baş verib. Bu xəbərləri çıxaran kimdir, məndən nə istəyir, niyə belə edir anlamıram. Mən artıq bilmirəm nə edim… İnternetə girən kimi şəklimlə tabut görməkdən bir təhər olmuşam. Nə istəyirsiniz məndən?! Teymur getdi, Sabir Əliyev getdi, Baloğlan getdi, indi nə istəyirsiniz?! Məni də öldürməkdir niyətiniz?!”

Həmçinin oxuyun

Firəngiz Mütəllibova: “Səhnədə opüşüb-qucaqlaşan aktyorları da düşünün…”

“Teatr, səhnə üçün çox darıxıram, ora bizim ikinci evimizdir”.Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artsiti Firəngiz Mütəllibova deyib. Aktrisa rollarını …