Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “İnsanların çoxu Aqil Abbasın ironiyasını başa düşmədi…” – Xeyrəddin Qoca

“İnsanların çoxu Aqil Abbasın ironiyasını başa düşmədi…” – Xeyrəddin Qoca

“Ramazan Nəsirov adlı tanımadığım bir “Facbook” dostum yazır ki, benzinin qalxması məsələsinə münasibətimi bildirim.Əvvəla, mənim münasibətim nəyi dəyişəcək? İkincisi, Aqil Abbas münasibət bildirdi, insanların çoxu onun ironiyasını başa düşmədi. Üçüncüsü, Aqilə saytda ən birinci rəyi mən yazmışam ki, o, öz ironiyasında haqlıdır. Niyə?”

Bunu sabiq konsul, tanınmış YAP-çılardan olan Xeyrəddin Qoca öz “Facebook” statusunda yazıb

“Bir əhvalatı xatırlamaqla bu suala cavab vermişəm. Sovet dövründə bir “Jiquli” sürücüsü maşına benzin vurmaq üçün 60 litrin pulunu verdi. Benzin dolduran ona dedi ki, “sənin maşının 40 litrlikdir, artıq benzini nə edəcəksən?” Sürücü ” özüm bilərəm, sən benzinini vur!”- dedi.

Sürücü “bak”ı doldurandan sonra qalan benzinlə ətrafdakı gülləri suladı… Aqil bilir nə yazır… Mən də demək istəyirəm ki, bizimkilərə fərqi yoxdur, benzinin litri 100 manata da qalxsa, maşın sürəcəklər! Benzinin qiymətini qaldırmaq kimi “gözəl” işi görənlər də bunu yaxşı bilirlər… Amma mənim benzinin qiymətinin qalxmasını “əsaslandırmağa” çalışanlara sözüm var: “Özünüzü rüsvay etməyin!”-deyə, o, daha sonra yazıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın