Cümə axşamı , İyun 24 2021
Ana səhifə / Şou Biznes / “İnsanların ayıbını açmayın, onları qınamayın” – Elnarə Xəlilova

“İnsanların ayıbını açmayın, onları qınamayın” – Elnarə Xəlilova

“Həyatda hər şey insanın öz əlindədir əslində. Yaradılışı, qisməti, dünyaya gətirəcəyi övladları və əcəli xaricində. Yəqin ki, hər hansı qüvvə tərəfindən yönəldiyimizi, idarə olunduğumuzu hər zaman hiss etmişik”.

Bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkədə yazıb. Sənətçi insanlara başqalarının eybini açmamağı məsləhət görüb:

“İçimizdəki Allah sevgisi isə bizim vicdanımızdır. Heç vaxt deməyin “heç vaxt”. Çünki heç kəs heç vaxt heç nədən sığortalanmayıb. Özünüzə rəva bilmədiyinizi başqasına rəva görməyin, yetər. Çalışın heç kəsin haqqına girməyin. Çünki qul haqqı ödənməlidir. Çalışın heç vaxt heç kəsi qınamayın. Çünki qınadıqlarımız başımıza gəlməyənə qədər Allah bizim canımızı almaz.

İnsanların ayıbını açmayın. Bir müsəlman digərinin ayıbını bu dünyada üzünə vurmazsa, Allah da qiyamətdə onun ayıbını üzünə vurmaz. Allahın yaratdıqlarına sevgi ilə yanaşın. Bəzən təmənnasız sevin. Yaradan bizi sevdiyi kimi. Əşyaları, ağacları, bitkiləri, gülləri, heyvanları, quşları, balıqları və həşəratları da sevin. Çünki dünyanı sevgi xilas edəcək”.

Musavat.com

Həmçinin oxuyun

“Fəlakət”in keçmiş arvadı sirləri açdı: “Susmağımız, bəlkə də, doğru deyil”

Xəbər verdiyimiz kimi Fəlakət obrazı ilə tanınan Elşən Orucov boşanıb. Aktyor təxminən iki ay öncə …