Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Şou Biznes / “İnsanlarda pul olsa, kitabı sevə-sevə alarlar”- REPORTAJ

“İnsanlarda pul olsa, kitabı sevə-sevə alarlar”- REPORTAJ

Bu günləri insanlar nə qədər sosial problemlərin arxasınca qaçsa da, bütün bunlara baxmayaraq onlar kitabları həyatlarının bir hissəsi kimi qəbul edirlər. Psixoloqların dediyinə görə kitab oxumaq insanın sinir sistemlərini belə sakitləşdirir. Doğrusu yaradıcı adam olduğum üçün həmişə kitab oxuyuram. Allahın möcüzəsidi ki, Allah adama elə mütailə həvəsi verir kitabın olmayanda, özünü siqareti qurtarmış adam kimi narahat hiss edirsən. Haqqında danışacağım kitab maqazini ölkənin ən böyük kitab maqazinlərindən biridir. Kitabevim.az – da başqa kitab dükanlarından fərqli olaraq, bütün müəlliflərin kitabları satılır. Mən də bu kitab dükanının həm daimi oxucusu və həm də yazdığım ikinci kitabımı burda satışa vermişəm. Mehriban kollektivi olan bu məkanda özünü öz evindəki kimi rahat hiss edirsən.

“Ciddi ədəbiyyata görə heç kim özünü gücə salmaq istəmir…”

Satış meneceri Seymur Adıgözəlov deyir ki, artıq iki ilə yaxındır ki, bu dükanda işləyir: “Təxminən dörd ilə yaxındır ki, kitab satışı ilə məşğul oluram. Son iki ilimi məhz bu dükanda işləyirəm. Kitabevim.az şəhərin ən böyük kitab maqazinlərindən biridir. Oxucular həm bizim yazarları, həm də xarici yazarları oxuyurlar. Gənc oğlanlar əsasən dedektiv, gənc qızlar isə sevgi – məhəbbət romanları oxuyurlar. Ciddi ədəbiyyata görə heç kim özünü gücə salmaq istəmir. Bir sözlə belə kitablara o qədər də maraq yoxdu. Son iki – üç ilə baxanda insanlarda kitaba maraq artıb. Müasir yazıçılardan Seymur Baycana maraq var. Öz oxucu dairəsi onun kitablarını alırlar. Orta məktəb uşaqları son vaxtlar təzə imza olan Məsudə Cabbarın kitablarını oxuyurlar. Dedektiv yazarlardan Çingiz Abdullayevin və Muşfiq Xanın kitabları satılır. Elxan Elatlının kitabları isə daha çox alınır. Varisi müəyyən qədər alan var. Kənan Hacı və Şərif Ağayarın da öz oxucuları var. Xarici yazarlardan Hüseyn Xaliqin “Çərpələng Uçuran” romanı, Mark Levinin əsərləri çox satılır. Gənc oxucular arasında Hari Poterə daha çox maraq var”.

“İnsanlarda pul olsa, kitabı sevə – sevə alarlar…”

Maqazinin daha bir zəhmətkeş satış meneceri Taryel Əliyevdi. Biz dükanda olanda gördük ki, Taryel müəllim ancaq müştərilərə kitab təqdim edir. Bizim xahişimizdən sonra bizim üçün də vaxt ayırdı: “ Kitabevim.az açılan gündən burdayam. İndi yay fəsli olduğuna görə alıcılar azalır. Təbbi ki, insanlar şəhərdə olmurlar. İstirahətə gedəni olur və bir də ki, artıq məktəb bağlanır. Bizim oxucularımızın çoxu məktəb tələbələridi. Bir az da insanların sosial problemləri çox olduğu üçün kitaba ayıracaqları pulu ikinci plana keçirirlər. Bizdə kitablara çox vaxt endirimlər təşkil edirik. Onda daha çox oxucular gəlirlər. İnsanlarda pul olsa, kitabı sevə – sevə alarlar”.

“Bufetdə çay və koffe də təqdim olunur…”

Kitabevim.az – da oxucular üçün təşkil olunmuş bufetdə çay və koffe də təqdim olunur. Oxucuları gülərüzlə qarşılayan Rəsmiyyə xanım da öz təəsüratlarını bizimlə bölüşdü: “Müştərilərimiz gəlib dükanda kitab oxuyur və biz də gülərüzlə onları qarşılayıb çay və koffe təqdim edirik. Həm də onlara təqdim etməyə sərin sularımız da olur. Bundan əlavə kitab təqdimatlarımız olur. Mən özüm də işdə boş vaxtlarımda vaxtımın səmərəli keçməsi üçün kitab oxuyuram”.

 

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın