Ana səhifə / Şou Biznes / “İnsanlar yana-yana qaçırdılar” – Gecə klubunda olan müğənni

“İnsanlar yana-yana qaçırdılar” – Gecə klubunda olan müğənni

Aprelin 3-də baş verən partlayış zamanı “Location” klubda olan müğənni Nicat Məhərrəmov “Bizimləsən” proqramında qonaq olub.

Sənətçi partlayış baş verən anda yaşadıqlarını danışıb. O bildirib ki, beş dost həmin vaxt klubda olublar:”Partlayış klubun orta hissəsindən gəldi. Mən kənarda barda dayanmışdım. Dalğa məni atdı, ayıldım ki, masanın aıtındayam. Baxdım ki, ortada heç kim yoxdur. Hətta insanlar yana-yana qaçırdılar, gözümlə gördüm. Zərbə o qədər güclü idi ki, adamları çölə atmışdı. Böyük faciə idi. Oradan bu vəziyyətdən çıxmışam, görən şok olur. İçəridə yanğın da baş verdi. Can şirin şeydi, hər kəs canını qurtarmağa çalışdı. Bir xanım məni itələdi yıxıldım, gördüm ki, yanır. Küçəyə çıxanda tüstüdən görmürdüm, yıxıldım. Şokda idim, özümdə deyildim. Dostlarımı axtarırdım, beş nəfər idik. Sağdılar, ikisi evə buraxılıb, digər ikisi xəstəxanadadır. Eləsi var ayağı sınıb, yanıqları var”.

Qeyd edək ki, “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …