Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / İnsan ömrünə birbaşa təsir edən genlərin adları açıqlandı

İnsan ömrünə birbaşa təsir edən genlərin adları açıqlandı

Alimlər 5 000 insanın genetik məlumatlarını təhlil ediblər.

ABŞ və İtaliyadan olan genetiklər insan həyatının uzunluğunun bağlı olduğu dörd geni müəyyən ediblər (90 yaşdan etibarən).

Oxu.Az-ın məlumatına görə, tədqiqatın müəllifləri nəticələrini PLOS Genetics jurnalında dərc ediblər.

İnsan ömrü üçün ən vacib genlər ABO (qan qrupunu müəyyən edir), CDKN2B (hüceyrələrin həyat siklinin tənzimlənməsinə cavab verir), SH2B3 (toxum hüceyrələrinin ömrünün uzadılması ilə bağlıdır) və bir HLA (bədənin immun sisteminin hüceyrələrinin aşkar edilməsi üçün məsuliyyət daşıyır) müəyyən edilib.

Genetiklər bu nəticələrə 100 yaşdan yuxarı 800 və 90 yaşdan yuxarı 5 000 insanın genetik məlumatlarını təhlil edəndən sonra gəliblər. Bu insanlar nisbətən cavanlarla müqayisədə ABO, CDKN2B, SH2B3 и HLA genlərində ciddi qüsurların olmaması ilə seçilirdilər.

Alimlər hesab edirlər ki, insan ömrü təxminən 20% genetik faktorlardan asılıdır.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın