Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / İnsan dərisindən hazırlanan kitablar, ilk qəzet və ən uzun cümlə… – FOTOLAR

İnsan dərisindən hazırlanan kitablar, ilk qəzet və ən uzun cümlə… – FOTOLAR

Kitab ən yaxşı dostdur, deyirlər.

Kitab insan təfəkkürünü canlandıran, şəxsləri formalaşdıran, cavabsız sualları cavablandıran bir möcüzədir. Gündəlik həyatımız bir parçası olan kitablar haqqında özəl detalları bilirsinizmi?

Musavat.com sizə kitablar haqqında olduqca maraqlı faktları təqdim edir.

Картинки по запросу Миллиметр

Dünyadakı ən kiçik kitab 1mm x 1mm ölçüsündədir.

Bu kitab Old King Cole kitabxanasında saxlanılır. Kitabı vərəqləmək üçün iynə lazımdır. Ölçülərinə görə də dünyanın birinci balaca kitabıdır.

Картинки по запросу древняя книга

Dünyanın məşhur kitab oğrusu bu günə kimi 23 min kitab oğurlayıb.

Stiven Blumberq adlı kitab oğrusu tam 268 kitabxanadan 23 min kitab oğurlayıb. Oğurladığı kitablar da sıradan minlərlə nəşri olan kitablar deyil. Oğurlanan bu kitablar arasında nadir kitablarda var. Bu şəxs oğurladığı kitablarla kolleksiya yaradıb və dəyəri 20 milyon dollara yaxındır.

Картинки по запросу

Tarixin ilk yemək kitabı Hammurabi dövründə yazılıb

Dünyanın ən qədim kitablarından biri olaraq bilinən əsər Hammurabi dönəmində, yəni miladdan əvvəl 1700-cü ildə hazırlanıb. Babil daşlarının üzərinə həkk edilən yemək tərifləri insanlıq tarixinin ilk yemək kitabı olaraq bilinir.

Картинки по запросу les miserables victor hugo

Dünyanın ən uzun cümləsi Huqonun “Səfillər” adlı kitabındadır.

İndiki zamana qədər yazılan ən uzun cümlə dünyanın tanınmış yazarı Viktor Huqonun kitabındadır. Cümlə tam 823 sözdən ibarətdir və yazarın “Səfillər” adlı kitabında yazılıb.

Картинки по запросу Книгопечатание

Ağac oyma texnikası ilə qurulan mətbəə

Mətbəə ilk olaraq Çində icad edilib. Ağacları oyaraq hərflər hazırlanan bir sistem qurulmuşdu. Miladdan sonra 593-cü ildə qurulan bu mətbəə dünyanın ilk mətbəəsi sayılır.

Картинки по запросу алмазная сутра

Dünyanın çap edilən ilk qəzeti

Qəzet də ilk olaraq Çində çap edilib. Miladdan sonra 700-cü ildə ilk dəfə nəşr edilib. Və tarixin ilk qəzeti sayılır.

Картинки по запросу Kitap koklayan

Kitab qoxusu

Kitab qoxusundan bir çox insanın xoşu gəlir. Buna ədəbiyyatda bibliosmia deyilir. Qoxunu sevmənizə səbəb səhifələrdəki komponentlərinin təbii qoxusudur. Kitabların hazırlanmasında istifadə edilən maddələr, sellüloza və digərləri kitabseverləri xoşbəxt edirmiş.

Картинки по запросу текстовые логотипы

Hər il çap edilən 1.2 milyon kitab

Dünyada hər il 1.2 milyon kitab çap edilir və bunun cəmi 2 faizi beş yüz min titajdan artıq nəşr olunanlardır.

Картинки по запросу analog stuff

Roman yazmaq ortalama 475 saat vaxt aparır

Təbii ki, Qabriel Qarsia Markes kimi 15 il fikirləşib bir il yarıma yazılan romandan bəhs etmirik. Sadəcə ortalama sadə bir romanın yazılması 475 saat vaxt alır.

Картинки по запросу takvim i vekayi gazetesi

Osmanlı dövrünün ilk qəzeti

Osmanlı dövründə nəşr olunan ilk qəzet “Takvim-i Vekayi “ hazırda da Türkiyənin rəsmi qəzetlərindəndir. Onu da qeyd edək ki, bu qəzet vaxtı ilə ərəb, erməni, fransız və yunan dilində də nəşr edilib.

Картинки по запросу клинописные таблички

Tarixin ilk kitabxanası

Bilinən ilk kitabxana miladdan əvvəl 2600-cü ilə aiddir. Qədim Şumerlər tərəfindən hazırlanıb.

Картинки по запросу книги на цепях

Zəncirli kitablar

Keçmişdə bəzi kitabları zəncirlə bağlayırmışlar. Əks təqdirdə kitablar oğurlanırdı. O zamanlarda bir kitabı ərsəyə gətirmək çətin idi. Buna görə də nadir kitabları kitabxanada zəncirlə bağlayırlarmış.

Картинки по запросу самая тяжелая книга в мире

Dünyanın ən böyük atlası

Dünyanın ilk və böyük atlası 1.75 sm hündürlüyündə, 1.95 enindədir. Bu atlası ən azı 6 nəfər yerindən qaldıra bilər.

1660-cı ildə İngiltərə kralı olmuş İkinci Çarlesə hədiyyə olaraq hazırlanan bu kitab 37 səhifədən ibarətdir.

Картинки по запросу

Kitabqurdu

Kitabqurdu həqiqətən mövcud olan böcəklərdir. Yalnız kitabların arasında yaşayırlar. Və kitabla qidalanırlar. Xüsusilə istifadə olunmayan kitablarda daha çox rast gəlinir.

Картинки по запросу leonardo da vinci mathematics

Dünyanın ən bahalı kitabı

Dünyanın ən bahalı kitabı Leonardo Da Vincinin “Codex Leicester” adlı kitabıdır. Bu kitab dünyanın ən varlı insanlarından biri olan Bill Qeyts tərəfindən alınıb. Bill Qeyts bu kitaba nə az – nə çox 31 milyon dollar ödəyib.

Картинки по запросу practicarum quaestionum circa leges regias hispaniae

İnsan dərisindən hazırlanan kitab

Harvard üniversitetində üz qabığı insan dərisindən hazırlanan 3 kitab var. Bu kitablardan biri Romalılara aid şeir kitabı, digəri fransızlara aid fəlsəfi bir kitabdır. Üçüncü isə tarixi 1600-cü ilə söykənən hüquq kitabıdır. Bu üç kitab universitetin kitabxanasının özəl bölümündə saxlanılır.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın