Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Şou Biznes / İnfoAzerbaijan-dan möhtəşəm layihə

İnfoAzerbaijan-dan möhtəşəm layihə

Şirkət Azərbaycanda ilk olan özünün Application proqramını təqdim etdi

Azinforum.az xəbər verir ki, dünən «Four Seasons» hoteldə «İnfoAzerbaijan» şirkəti özünün ilk və yeni layihəsinin təqdimat mərasimini keçirib. Ölkənin aparıcı şirkətləri və media nümayəndələrinin iştirakı ilə düzənlənmiş tədbirdə Azərbaycanda ilk olan layihə barədə geniş məlumat verilib.

Tədbirdə çıxış edən İnfoAzerbaijan şirkətinin direktoru Fikrət Fəraməzoğlu bildirib ki, məqsədləri ölkəmizin iqtisadi, mədəni və turizm potensialını dünyaya tanıtmaq, insanlarımızın işini asanlaşdırmaq, iri şirkətlərlə bağlı dünyanın qabaqcıl ölkələrində təsəvvürlər yaratmaqdır. Onun sözlərinə görə, indiyə qədər Azərbaycanda buna bənzən layihələr olsa da, heç biri İnfoAzerbaijan-ın təqdim etdiyi yeni layihə qədər mükəmməl olmayıb. «Bu gün Azərbaycanda veb-sayt, naviqasiya və kataloq formasında layihələr həyata keçirilib. Amma biz şirkət olaraq bu üç komponenti birləşdirərək, bir proqramda cəmləşdirmişik. Daha mükəmməl versiya olan aplikeyşn proqramımız insanlarımızın işini asanlaşdırmaq, ölkənin qabaqcıl şirkət və firmalarının mal və məhsullarının onların ayağına gətirmək məqsədi daşıyır».

Fikrət Fəraməzoğlu daha sonra bildirib ki, bu onların ilk işləridir və yaxın dönəmdə yeni layihələrin həyata keçirilməsinə start verəcəklər. «Qarşıdakı dönəmdə İnfoAzerbaijan şirkəti media və turizm sektoru üçün də daha mükəmməl bir proqram hazırlığına başlayacaq. Məsələn, insanlarımız rahatlıqla evlərindən bizim proqramlar vasitəsi ilə ölkənin gündəlik mətbuat orqanlarının dərc etdiyi yazılarla tanış ola biləcəklər. Və ya ayrı-ayrı ölkələrə səfər edib, istirahət etmək istəyən və ya işgüzar görüşlər keçirmək istəyənlər mobil telefonları üzərindən bilet və ya turpaketlər sifariş edə biləcəklər. Müasir dövrümüzün tələblərinə cavab verən bütün yeniliklərin Azərbaycana gətirilməsi üçün də çalışacağıq. İnşallah, onları yaxın zamanlarda reallaşdıracağıq».

İnofAzerbaijan şirkətinin yeni layihəsinin koordinatoru Məsut Uzunöz isə yeni proqram haqqında geniş bilgi verib. O bildirib ki, yeni sistem 3 istiqamətdə – kitabça, veb-sayt və tətbiqetmə variantlarında hazırlanıb və tərtib olunub. «Məlumatlar hər 3 istiqamətdə rus, ingilis və Azərbaycan dillərində hər bir fəaliyyət sahəsi üzrə bölmələrdə yerləşdiriləcək».

Daha sonra Məsut bəy hər bir komponent üzrə ayrıca məlumat verib. O deyib ki, “İnfo Azebaijan” layihəsinin üç istiqamətindən biri veb-saytdır. «Şirkətlər haqqında məlumatlar müqavilə bağlandıqdan sonra saytımızda (www.infoazerbaijan.az) yerləşdirilir. Saytda həmçinin nəqliyyat sisteminin (metro, təyyarə və avtobuslar) sxemləri, cədvəlləri, iş qrafikləri, Azərbaycanın poçt indeksləri, telefon kodları, bir sözlə, Azərbaycan haqqda bütün məlumatlar yerləşdiriləcək. Bundan başqa saytın əsas səhifəsində aşağıdakı məlumatlar yer alacaq:
– Azərbaycan Respublikasının Dövlət Orqanları haqqında;
– Azərbaycan Respublikasının interaktiv xəritəsi;
– Hava proqnozları;
– Valyuta məzənnəsi».

O qeyd edib ki, saytda axtarılan məlumatın daha rahat tapılması üçün hər bir fəaliyyət sahəsi üzrə müxtəlif bölmələr nəzərdə tutulub. «Saytda şirkət haqqında məlumatların yerləşdiyi səhifədə istifadəçi ona lazım olan məlumatları (telefon, ünvan və s.) əldə edə, birbaşa şirkətin veb-saytına keçə biləcək. Eyni zamanda, sayt vasitəsi ilə şirkət haqqında məlumatlar əldə edəcək. Məsələn, şirkətin fəaliyyət növü, adı, ünvanı, telefon nömrələri, e-mail ünvanı, veb-saytı, fəaliyyəti haqqında qısa məlumat, şəkillər və s. Saytda baş sponsorlar və bölmə sponsorları haqqında məlumatlar daha fərqli şəkildə yerləşdirilir. Baş sponsorların bannerləri və bölmə sponsorlarının loqotipləri ana səhifədə yerləşir. Saytımız bütün tanınmış internet axtarış sistemlərində ödənişli reklam olunacaq və həmin sistemlərdə Azərbaycandakı hansısa xidmət, istehsalçı, şirkət haqqında axtarış edildikdə birinci sətirlərdə məhz bizim məlumat saytımız göstəriləcək».

Məsut Uzunöz məlumat kitabı barədə də danışıb. O qeyd edib ki, İnfo Azerbaijanın layihəsinin ikinci fəaliyyət istiqaməti məlumat kitabıdır. «Məlumat kitabı bu ilin sentyabr ayında çap olunacaq. Kitab A4 formatında nəzərdə tutulub. Kitabın birinci səhifələrində Azərbaycanın iqtisadiyyatına, tarixinə və coğrafiyasına aid məlumatlar yerləşdiriləcək. Kitabda hər bir fəaliyyət sahəsi üzrə bölmələr nəzərdə tutulub. Kitabın birinci səhifəsində bir səhifə baş sponsora həsr olunacaq. Bölmə sponsorlarının reklamı uyğun bölmələrin birinci səhifələrində A4 ölçüsündə yerləşdiriləcək. Qalan şirkətlər haqqında məlumat 8 sm X 5 sm ölçüdə, vizitkart formasında yerləşdirilir».

Tətbiqetmə sahəsində də İnofAzerbaijan-ın həyata keçirdiyi layihə barəsində fikirlərini qonaqlara çatdıran layihə koordinatoru vurğulayıb ki, bu proqram artıq istifadəyə verilib. «Bu proqram Android, IOS sistemlərində işləyən telefon və planşetlərdə istifadə oluna biləcək. Burada da həmçinin, Azərbaycanda yerləşən şirkətlər, restoranlar, mehmanxanalar və s. haqqında məlumatlar toplanacaq. Bu proqram pulsuz yayımlanacaq. Hər bir qonaq Azərbaycana gələndə, hava limanına daxil olarkən bu proqramı yükləmək üçün SMS təklifi alacaq. Proqramı həmçinin “Play Market”, “App store” kimi mənbələrdən, həmçinin www.infozerbaijan.az ünvanından yükləmək mümkün olacaq. Bu tətbiqetmənin köməyi ilə qonaq və ya ölkə sakini ona lazımi məlumatı dərhal, öz telefonunda görə biləcək. Tətbiqetmədə istənilən obyektin uyğun bölmədə ünvanı, şəkilləri, xəritədə onun yerləşməsi, fəaliyyəti haqqında məlumat və s. göstəriləcək. Bundan başqa xəritədə istifadəçinin olduğu yer göstəriləcək və istifadəçi bununla ona yaxın olan obyektlər haqqında məlumat əldə edə biləcək. Hər bir istifadəçi sistemdəki məlumatlara mənfi və müsbət olaraq səs verə biləcək».




Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın