Ana səhifə / Şou Biznes / “İndiki gözəllər broyler toyuğuna bənzəyirlər” – Rövşanə Ağasifqızı

“İndiki gözəllər broyler toyuğuna bənzəyirlər” – Rövşanə Ağasifqızı

Aparıcı Rövşanə Ağasifqızı maraqlı açıqlaması ilə diqqət çəkib.

Verilişlərdən birinə qonaq olan aparıcı qadın-kişi münasibətlərindən danışıb.

O, “Kişilər üçün hansı qadınlar maraqlıdır” sualına belə cavab verib:

“Kişilər gözləri ilə sevirlər, gözəl qadın axtarırlar, amma yalançı broyler toyuğuna bənzəyən gözəlləri yox, təbii ki… Onlar sözün əsl mənasında broyler toyuğuna bənzəyirlər. Hamısı eyni sifət, eyni görünüşlü qadınlardır. Hesab etmirəm ki, onlar kişilər üçün maraqlı olsunlar.

İnanın, sizin həmin kişi ilə münasibətiniz sadəcə 1-2 aylıqdır. Başınızı işlətməsəniz, yaxud da ağlınız yoxdursa, bu münasibət bir yerə qədər davam edəcək. Yəni kişilər xanımları ilə dərdləşmək, problemlərini həll etmək də istəyirlər”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …