Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Şou Biznes / “İndi sirr qalsın, amma…” – Könül Kərimova

“İndi sirr qalsın, amma…” – Könül Kərimova

“Bizlər meydanı boş buraxanda, bayağı musiqilər, mahnılar ortalığa çıxır. Onlar yaranmış boşluqdan istifadə edirlər. Biz ciddi şəkildə öz işlərimizlə məşğul olsaq, yavaş-yavaş o bayağı ifalar da yığışacaq. Sadəcə olaraq biz bir az müəyyən anlarda, müəyyən məqamlarda tənbəllik edirik. Bir sözlə bayağı mahnıların ayaq açıb yeriməsinin günahkarı biz sənət adamlarındadır”

Bunu moderator.az-a açıqlamasında əməkdar artist Könül Kərimova deyib. O, daha sonra əlavə edib.

“Bu hər zaman olub. Dünən də olub, bu gün də var, sabah da olacaq. Burada müəyyən məqamda televiziyaların da üstünə böyük məsuliyyət düşür. Televiziyalar bayağı musiqiləri, mahnıları gündəm, reytinq xatirinə gətirib efirə çıxarır. Onlarda günah görmürəm, günah onları təbliğ edən efirlərdədir. Bayağı mahnıları dinləyən kütləyə heç vaxt can atmamışam. Zatən o kütləni arzulamamışam ki, mənə pərəstiş etsin. O kütlə mənə lazım deyil. Mənə savadlı, musiqini duyan, hiss edən, başa düşən ziyalı insanlar lazımdır” deyə müğənni bildirib.

Müğənni imicini dəyişmək istədiyini bildirib.

“Dəfələrlə istəmişəm ki, imicimi, görkəmimi dəyişim. Hətta buna görə müraciətlər etmişəm, axtarmışam. Yenə də məni dəyişə biləcək stilist tapmamışam. Belə bir insan yoxdur ki, saç düzümündən tutmuş geyimlərə qədər məni dəyişə bilsin. Belə bir stilist axtarıram. Əcnəbi müğənniləri izləyirəm, onlarda aşırı dərəcədə dəyişiklik yoxdur. Sadəcə olaraq dəblə ayaqlaşırlar, geyimlərində çox dəyişiklik edirlər. Amma makiyaj və saç düzümündə çox sadədirlər. Heç vaxt görməmişəm ki, onlar bizimkilər kimi əndrabadi saç düzümləri etsinlər, gəlinsayağı saçlar yığdırsınlar. Saçları adətən açıq olur. İndi sirr qalsın, amma yaz aylarına yaxın gözəl bir layihə edəcəm. Bu haqda çox danışmaq istəmirəm, 1 ay sonra bunu ilk sizin sayta deyəcəm” deyə sənətçi bildirib.

Həmçinin oxuyun

Demet Akalın azərbaycanlı FHN-çilərin fotosunu paylaşıb, təşəkkür etdi – FOTO

Türkiyəli müğənni Demet Akalın Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri ilə bağlı paylaşım edib. …