Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / İmtahanlarda 42 mindən artıq şagird ana dilindən “2” alıb

İmtahanlarda 42 mindən artıq şagird ana dilindən “2” alıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2, 6, 11, 16 iyunda Azərbaycanın bütün orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada keçirdiyi buraxılış imtahanlarının nəticələrinə dair statistik məlumatları açıqlayıb.
Virtualaz.org TQDK-ya istinadən bildirir ki, bütün imtahanlarda 105 346 nəfər IX sinif şagirdi, 86 156 nəfər XI sinif şagirdi iştirak edib.
Respublika üzrə ümumi orta təhsil bazasında (9 illik) keçirilən buraxılış imtahanlarında Ana dilindən 25 329 nəfər “2”, 46 525 nəfər “3”, Riyaziyyatdan 28 283 nəfər “2”, 41 841 nəfər “3” qiyməti, XI sinif üzrə Ana dilindən 17 089 nəfər “2”, 32 130 nəfər “3”, Riyaziyyatdan 18 552 nəfər “2”, 28 096 nəfər “3”, xarici dildən 15 942 nəfər “2”, 36 753 nəfər “3”, kimya fənnindən 182 nəfər “2”, 546 nəfər isə “3” qiyməti alıb.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın