Şənbə , Noyabr 28 2020
Ana səhifə / Şou Biznes / “İmişli Quşçuluq”: “Biz ermənilərin şirkətindən heç vaxt yumurta almamışıq”

“İmişli Quşçuluq”: “Biz ermənilərin şirkətindən heç vaxt yumurta almamışıq”

Virtualaz.org saytının Türkiyənin səhmdarlarından ikisi erməni olan “Emre Piliç” broyler şirkətinin Azərbaycana damazlıq yumurta və toyuq satdığına dair araşdırmasına İmişlidən reaksiya gəlib.

Adı həmin şirkətlə işgüzar təması olduğu ehtimal edilən Azərbaycan broyler şirkətlərinin siyahısında yer alan “İmişli Quşçuluq” şirkətinin sahibi Əlif Heydərov redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, onun şirkəti heç vaxt “Emre Piliç” şirkətindən damazlıq yumurta almayıb və bu şirkətlə hər hansı işgüzar təması olmayıb.

“Bizim özümüzün damazlıq yumurta fabrikimiz var. 2012-ci ildə cənab prezident İlham Əliyev özü onun açılışında iştirak edib. Nə indi, nə də əvvəllər “Emre Piliç” şirkətindən yumurta almamışıq. Bizim ermənilərin şirkəti ilə hər hansı əlaqəmiz ola bilməz, mümkün deyil”- deyə Əlif Heydərov bildirib.

Qeyd edək ki, Türkiyə mənbələrindən “Emre Piliç”lə işgüzar təmasları olan Azərbaycan firmalarının adlarının yer aldığı siyahını əldə etsək də həmin firmalarının bu şirkətlə əməkdaşlığının hansı formada olduğu orada göstərilməmişdi. Və saytımız araşdırma apararaq Azərbaycandan hansı broyler şirkətlərinin “Emre Piliç”lə alış-verişinin olduğunu üzə çıxarıb.

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın