Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Şou Biznes / İmamlarımızın şəhid olan günü yasımı da saxlayacağam, matəmimi də tutacağam – Şəbnəm Tovuzlu

İmamlarımızın şəhid olan günü yasımı da saxlayacağam, matəmimi də tutacağam – Şəbnəm Tovuzlu

“Dinlə bağlı bilib-bilmədən danışanlara sözüm budur ki, imamlarımız 9 gün döyüşüb, 10-cu gün isə şəhid olublar”.

Azerbaycanrealligi.com BiG.AZ-a isitnadən xəbər verir ki, bu sözləri konserti Məhərrəmlik ayına təsadüf edən müğənni Şəbnəm Tovuzlu deyib. İfaçı xanım bildirib ki, Aşura günü yas da saxlayacaq, matəm də tutacaq:

“Düzdür, Məhərrəmlik ayıdır. Amma dinlə bağlı lazımsız tənqidlər edənlərə demək istəyirəm ki, yaxşı araşdırsanız görərsiniz ki, imamlarımız 9 gün döyüşüb, döyüşün 10-cu günü isə şəhid olublar. Bu il müsəlman aləmində imamlarımızın şəhid olan günü sentyabr ayının 20-nə təsadüf edir. Həmin gün yasımı da saxlayacağam, matəmimi də tutacağam. Biz dinimizi, imanımızı sevirik və qəlbimizdə yaşadırıq”.

Azerbaycanrealligi.com

Həmçinin oxuyun

Sevda ikinci ərindən də ayrıldı – Foto

Müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən ayrılıb. “Yeni Sabah” xəbər verir ki, o, boşandığını …