Ana səhifə / Şou Biznes / İlkin Əhmədov Məhəbbət Kazımovla bağlı deyilənlərə cavab verdi

İlkin Əhmədov Məhəbbət Kazımovla bağlı deyilənlərə cavab verdi

Əməkdar artist, xanəndə İlkin Əhmədov dəvət aldığı tədbirlərdə mərhum sənətçi Məhəbbət Kazımovun mahnılarını oxuyur. Mahnıları bir yana, İlkin Əhmədov ifaları ilə də mərhumu yamsılaması cəmiyyətdə böyük dedi-qoduya səbəb olub. Niyə məhz Məhəbbət Kazımovun mahılarını oxuyur? “Ailəsindən icazə alıbmı” kimi sullar ünvanlanır.
Əməkdar artist Qaynarinfo-ya açıqlamasında istəlinən bir sənət adamının yamsılanmasının əleyhinə olduğunu deyib:
“Məhəbbət Kazımovun, Məmmədbağır Bağırzadənin fanatı olmuşam. Onların yaradıcılığına tez-tez müraciət etmişəm. Onların hər birinin çox oxunmamış mahnılarını ifa edirəm. Amma bu mahnılara müraciət etməkdə səbəbim var, onların səslərində müəyyən çalarlar mənim səs tempimə çox yaxındır. Həmin çalarlar həm Məhəbbət müəllimin, həm də Məmmədbağır Bağırzadənin ifalarına yaxındır. Məhəbbət Kazımovun səs çalarları mənim ifamda alınır. Çox yerlərdə bu mahnıları oxumağımı istəyirlər. Onların milyonlarla dinləyiciləri var. Burada qəbahətli heç nə yoxdur, sənətçiləri yaşatmaq borcumuzdur. Müəyyən hallarda oxşatmalar, yamsılamaq pis qəbul olunur. Şükürlər olsun, bu məndə pis alınmır. Mən hansısa müğənnini tam oxşatmağın, yamsılamağın əleyhinəyəm. Olmaz, bu sənət deyil, amma müəyyən hallarda onların səs çalarlarından istifadə etmək borcumuzdur. Biz onların nəfəslərindən istifadə etməliyik. İllərlə mən Arif Babayevin nəfəsindən istifadə etmişəm, müəllimim olub”.
İlkin Əhmədov Məhəbbət Kazımovun oğlanları ilə çox yaxın dost olduğunu vurğulayıb:
“Onları bir araya gətirmək üçün çox çalışıram. Hər kəsin də yanında hörmətim var. Mən Məhəbbət Kazımovun mahnılarını ifa etməmişdən öncə onu ailəsinə göndərirəm. Onlar baxır, dinləyir, fikirini deyir, sonra cəmiyyətə təqdim edirəm. Qorxuram ki, birdən pis oxuyaram, ruhu inciyər. Onlar deyir ki, “halal xoşun olsun”, hətta Məhəbbət Kazımovun oğlu Rahim bəzi yerlərdə düzəlişlər də edir”.
İlkin Əhmədov mərhumun “İndi məndən küs görüm” mahnısında klip çəkdirməyi də planlaşdırır:
“Bu mahnı mənim ifamda çox sevilir, 7-8 milyon baxışı var. Ona bir klip çəkdirəcəm. Elə sənətkarlar var ki, onların yaradıcılığına müraciət edəndə ailələrindən halallıq almaq lazımdır. Bu onların haqqıdır”.

Həmçinin oxuyun

Ermənipərəst müğənninin Bakı konserti ləğv olundu

Rusiyalı müğənni Lyubov Uspenskayanın oktyabrın 9-da Bakı Konqres Mərkəzində keçirilməsi gözlənilən konserti ləğv olunub. “Sputnik …