Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / İlham Rəhimov və ortaqları tısbağalardan imtina edir

İlham Rəhimov və ortaqları tısbağalardan imtina edir

Azərbaycanlı oliqarx, Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimovun biznes ortaqları Sankt-Peterburqda okeanariumun tikintisindən imtina edib.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycandan olan yəhudi milyarderlər Zarah İliyev və Qod Nisanov Sankt-Peterburqun Kupçino rayonunda okeanariumun tikintisi layiəhəsinin işlənib hazırlanmasını dayandırıblar.

Bu qurğunu Beynəlmiləlçilər parkının ərazisində tikmək planlaşdırılırdı və bunun üçün investorlara 2015-ci ildə 3,6 hektar ərazi ayrılmışdı. Layihənin qiyməti 3,5 milyard rubl idi.

Həmin pula Putinin vətənində dəniz muzeyindən, okeanariumdan və kinoteatrdan ibarət nəhəng kompleksin tikintisi planlaşdırılırdı. Okeanariumda delfinlərin, dəniz tısbağalarının, hətta timsahların yaşayacağı bir neçə akvarium quraşdırılmalıydı. Nəzərdə tutulurdu ki, kompleks ilk qonaqlarını 2017-ci ilin sonundan qəbul etməyə başlayacaq.

Lakin Sankt-Peterburq meriyasının abadlaşdırma üzrə komitəsinin sədr müavini Viktor Şabanov deyib ki, investor gözlənilmədən layihədən imtina edib. Səbəblər açıqlanmır.

Bundan əvvəl İlham Rəhimov və ortaqları Moskvadakı Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (VDNX) ərazisində nəhəng okeanarium tikiblər. Obyektin açılışında Vladimir Putin də iştirak edib. Ancaq daha sonra məlum olub ki, okeanariumun tikintisi üçün heç bir icazə sənədi olmayıb və sənədləşdirmə tikinti başa çatandan sonra həyata keçirilib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın