Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Şou Biznes / İlham Mirzəyev “Space TV”-yə qayıdır? – FOTOLAR

İlham Mirzəyev “Space TV”-yə qayıdır? – FOTOLAR

Bir neçə ay öncə həbsxanadan çıxan teleaparıcı İlham Mirzəyevin bu günlərdə ilk fotogörüntüləri yayılıb. 
Belə ki, teleaparıcının ailəsi ilə birlikdə olan fotolarını aktrisa Məleykə Əsədova öz “İnstagram” səhifəsində paylaşıb. Aktrisa fotoya şərh olaraq, bu görüşdən çox sevindiyini və gözəl ailə tablosu gördüyünü qeyd edib.
Teleaparıcının həbsdən sonra ilk fotosu mətbuatda, sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi iddialara görə, özünü toparlayan teleaparıcı artıq keçmiş iş yerinə, “Space TV”-yə qayıdır.
Məsələyə aydınlıq gətirmək üçün teleaparıcı ilə əlaqə saxlamağa çalışdıq. Lakin telefon zənglərimiz boşa çıxdı.
“Space TV”-nin icraçı direktoru Kamil Şahverdiyev isə musavat.com-a açıqlamasında bildirdi ki, telekanal rəhbərliyi bu barədə heç düşünməyib: “Bu haqda heç nə deyə bilmərəm. Əvvəla, heç özü müraciət etməyib, məlumat yoxdur, bu haqda… Digər tərəfdən, bu barədə heç düşünməmişik, bizdən təklif olmayıb”.
Xatırladaq ki, teleaparıcı 2014-cü ildə dələduzluqda ittiham olunaraq, həbs edilmişdi. O, bu ilin iyun ayında azadlığa çıxıb.
Xalidə Gəray,
Musavat.com


Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın