Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Şou Biznes / İlham Mirzəyev məşhur “Etiraf”ı ilə sosial şəbəkədə

İlham Mirzəyev məşhur “Etiraf”ı ilə sosial şəbəkədə

İllər əvvəl dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış aparıcı İlham Mirzəyevdən xəbər var.

Uzun illərdir telekanallardan uzaq düşən teleaparıcı sosial şəbəkələrdə aktiv fəaliyyət göstərir.

O, “YouTube” kanalında əvvəllər aparıcısı olduğu “Etiraf” və “Tale Yolları” verilişindən kadrları izləyiciləri ilə bölüşür.

Ötən il ATV telekanalında yayımlanan “BizimləSən” proqramında qonaq olan Mirzəyev ağır durumda olduğunu, hər şeyini satdığını, tezliklə telekanallara qayıtmağı planladığını desə də hələ də televiziyadan uzaqdır.

Qeyd edək ki, İ.Mirzəyev 2014-cü ildə dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, aparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. O, 2016-cı ildə həbsdən çıxıb.

Həmçinin oxuyun

Əməkdar artistdən inanılmaz etiraf: “Toy gecəsi…“

Əməkdar artist Nahidə Orucova 20 illik sevgisindən bəhs edib. Aktrisa “Onun sirri” proqramında mərhum SSR …