Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Şou Biznes / İlham Əliyev: “Şadam ki, müəllif mənim qızım Leyladır…”

İlham Əliyev: “Şadam ki, müəllif mənim qızım Leyladır…”

Dünən Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı olub.

Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.

Sonra İlham Əliyev və ailə üzvləri Xəzər rayonunun və Zirə qəsəbəsinin bir qrup sakini ilə görüşüblər.

Prezident onlarla söhbət edib: “Mehriban artıq 10 ildir ki, sizin deputatınızdır. Zirə qəsəbəsində və digər qəsəbələrdə inkişaf Mehribanın adı ilə bağlıdır. Bu layihə də Heydər Əliyev Fondu tərəfindən icra edilib. Şadam ki, bu layihənin ekoloji komponentinin müəllifi mənim qızım Leyladır”.

Prezident bildirib ki, Leyla Əliyeva ölkənin ümumi inkişafına töhfə verməyə çalışır: “Xüsusilə ətraf mühitin, nadir heyvanların qorunması istiqamətində çox böyük işlər görür. Azərbaycanda ekoloji vəziyyətlə bağlı görülən işlər artıq beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bu yaxınlarda Parisdə iqlim dəyişikliyi ilə bağlı dünya əhəmiyyətli beynəlxalq konfrans keçirilmişdir. Azərbaycanın təqdim etdiyi nailiyyətlər orada xüsusilə qeyd edilmişdir. Çünki ətraf mühitin qorunması işində biz doğrudan da böyük uğurlara nail ola bilmişik. Xüsusilə Bakıda, Abşeronda, əfsuslar olsun ki, on illiklər ərzində neft hasilatı nəticəsində böyük ərazilər çirklənmişdir. İndi o ərazilərin təmizlənməsi işi gedir və o cümlədən dediyim kimi Böyükşor gölünün, Bibiheybət buxtasının təmizlənməsi artıq reallıqdır”.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın