Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Şou Biznes / İlham Əliyev: “Peşman olacaqlar”

İlham Əliyev: “Peşman olacaqlar”

Azərbaycan özünü yanacaqla təmin edir. Bizdə yanacağın qiyməti dünya qiymətindən üç dəfə aşağıdır. Əgər benzinin, dizel yanacağının qiymətinə baxsanız görərsiniz ki, Qərb ölkələrindən üç dəfə aşağıdır. Ona görə bu sahədə də heç bir bahalaşmadan söhbət gedə bilməz.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, şəhər nəqliyyatı tarifləri – metro, avtobus tarifləri bizdə çox aşağı səviyyədədir.

Yəni, biz maksimum dərəcədə çalışacağıq ki, bu qaçılmaz qərarın mənfi təsirlərini azaldaq, ilk növbədə, islahatların dərinləşməsi hesabına. İnzibati tədbirlər görülür və görüləcək.

Süni bahalaşmaya yol verənlərə qarşı çox ciddi tədbirlər görüləcək, cəza tədbirləri tətbiq ediləcək ki, heç kim bu vəziyyətdən sui-istifadə etməsin, möhtəkirliklə məşğul olmasın.

Əgər belə faktlar olarsa, çox ciddi tədbirlər görüləcək və bu vəziyyətdən sui-istifadə etmək istəyənlər peşman olacaqlar”, – deyə, Azərbaycan dövlətinin başçısı bəyan edib.

Həmçinin oxuyun

“Ermənilər Paşinyanın ətindən dönər hazırlamaq istəyirlər” – Brilliant Dadaşova

“Yaralar o qədər dərindir ki, onların qaysaq bağlamasına  hələ çox vaxt lazımdır. Çünki biz təkcə …

Bir cavab yazın