Çərşənbə , May 22 2019
Ana səhifə / Şou Biznes / İlham Əliyevə əsgəri salam verən “Bakı-2015”-in qalibinə rütbə verildi

İlham Əliyevə əsgəri salam verən “Bakı-2015”-in qalibinə rütbə verildi

Müğənni Elnarə Xəlilova Bakıda keçirilən Birinci Avropa Oyunlarında iştirak edən idmançılarımıza mahnı həsr edib.

“Olimpiya himni”nin musiqisi Alxanlıya, sözləri İsmayıl Dadaşova, aranjemanı isə Əvəz Muradova məxsusdur.

Mahnının video versiyası sosial şəbəkə istifadəçilərinin ixtiyarına verilib. Video çarxda Birinci Avropa Oyunlarının bütün yaddaqalan məqamları, o cümlədən qızıl medal qazanmış güləşçimiz Rəsul Çunayevin Ali Baş Komandan İlham Əliyevə əsgəri salamı yer alıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri olan R. Çunayev ötən gün DSX-nın rəisi general-polkovnik Elçin Quliyev tərəfindən leytenant rütbəsi ilə təltif edilib.

Həmçinin oxuyun

Günaydan sevgilisini bıçaqlaması barədə açıqlama: “Münasibətimiz davam edir”

Türkiyədə yaşayan model Günay Musayeva sevgilisini bıçaqlaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.Model yayılan xəbərlərin …

Bir cavab yazın