Ana səhifə / Şou Biznes / İlhamə Quliyevanın gəlini ərinin həbs xəbərindən danışdı

İlhamə Quliyevanın gəlini ərinin həbs xəbərindən danışdı

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbsiylə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə Ölkə.Az-a açıqlamasında O.Nadirovun həyat yoldaşı Arifə Nadirova bildirib: “Orxan hazırda rayondadır. Yayılan xəbərlər isə yalandır”.
Qeyd edək ki, dekabrın 8-də mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılıb.
Bildirilib ki, O.Nadirov Əliyev Səbuhi Bayram oğlunu şəxsi azadlığa çıxardacağına söz verərək, Əliyev Kənan və Umudov Mehmandan 75-80 min manat civarında pul alıb. Xalq artistinin oğlu daha sonra vədinə əməl etməyərək, pulu geri qaytarmaq istəməyib. O, cinayət məcəlləsinin 178,2.4 maddəsi ilə ittiham olunur.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …